Mətbuat Şurasında Kamal Abdullanın 60 illik yubileyi münasibəti ilə tədbir keçirilib - FOTOSLAYD
Bu gün Mətbuat Şurasında Kamal Abdullanın 60 illik yubileyi münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri Vüqar Səfərli, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və bir çox mətbu orqanlarının rəhbərləri iştirak ediblər.
İlk olaraq çıxış edən Mətbuat Şurasının sədri Ə.Amaşov bildirib ki, yubileylə bağlı bir çox qəzetlərdə yazılar dərc olunub: "Onun haqqında hər zaman müsbət fikirlər söyləmək olar. K.Abdulla həmçinin dilçi alim kimi də fəaliyyət göstərir. Bu sahədə onun xidmətləri əvəzsizdir. O yazıçı olmaqla yanaşı həm də yaxşı jurnalistdir. Bütün hadisələrə fəlsəfi yanaşması onun müsbət keyfiyyətlərindən biridir. Hər bir yazısında yenilik hiss olunur".
Mətbuat Şurasının sədri yubilyara rəssam Nurunun əl işi olan sənət əsərini və onun təbrik məktubunu təqdim edib.
"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov: "K.Abdullanın fəaliyyət sahəsi geniş olduğundan danışmaq çox çətindir. O bu sahədə öz sözünü deyən, yaşayan, dərin iz qoyan ziyalılardan biridir", - deyə əlavə edib.
Millət vəkili, "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas vurğulayıb ki, onun yazdığı əsərlər yaxşı mənada hər zaman səs-küyə səbəb olub: "Çünki qələmə aldığı yazılarda cəmiyyətin bütün təbəsinin maraqlarını ifadə edə bilirdi. Hər zaman çalışıb ki, istedadlı gənclər üzə çıxsın. Həyata keçirdiyi layihələrin hamısı diqqət mərkəzində olub".
KİVDF-nin rəhbəri Vüqar Səfərli isə çıxışında bildirib ki, onu hər zaman Kamal Abdulla imzası ilə tanımışam: "Daha sonra isə onunla yaxından dost olduq. Onu da qeyd edim ki, o, Mətbuat Şurasının ilk üzvlərindən biri olub. Hər bir şeyə obyektiv şəkildə yanaşan bir insan olması onu daha da xüsusiləşdirib".
Yubiley mərasimi digər iştirakçıları təbrik çıxışları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB