Almazbek Atambayev: “Mən atəş açmışam” ETİRAF

Almazbek Atambayev: “Mən atəş açmışam” ETİRAF

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev etiraf edib ki, onun evinə hücum edən xüsusi təyinatlılara qarşı atəş açıb. SİA xəbər verir ki, o bu barədə jurnalistlərlə söhbətində deyib. “Mənim tərəfdarlarımda silah olmayıb, şəxsən mən hücum zamanı atəş açmışam”, deyə Atambayev bildirib. O, eyni zamanda açdığı atəşlərin insanlara dəyməməsi üçün əlindən gələni etdiyini də deyib.

Eks-prezidentin sözlərinə görə, tərəfdarlarının saxladığı “Alfa” xüsusi təyinatlılarının girovdan azadlığa buraxılmaları üçün əməkdaşlıq etməyə hazır olduğunu də bildirib.

Xatırladaq ki, avqustun 7-də Qırğızıstanın xüsusi təyinatlıları Almazbek Atambayevin saxlanılması əməliyyatına başlayıblar. Onun toxunulmazlığı aradan götürülüb və korrupsiyada ittiham olunur. Lakin onun Koy-Taş kəndindəki tərəfdarları müqavimət göstəriblər, nəticədə“Alfa” əməkdaşı öldürülüb, 52 nəfər isə yaralanıb. Özünə qarşı irəli sürülən ittihamları rədd edən Atambayevi saxlamaq mümkün olmayıb.

Qırğızıstanın hazırkı prezidenti Sooronbay Jeenbekov isə bəyan edib ki, Atambayev güc strukturlarına silahlı müqavimət təşkil edərək, ölkə konstitusiyasını pozub. Sabiq prezident isə tərəfdarlarının Bişkekdə mitinq keçirəcəyini bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə