Zaqatala Rayon İcra Hakimiyyəti ötən ilin yekunları ilə bağlı hesabat verib. Rayon İcra Hakimiyyətinin (RİH) iclas zalında keçirilən tədbirdə icra başçısı Mübariz Əhmədzadə, Prezident Administrasiyasının məsul işçisi Məhərrəm Quliyev, Milli Məclisin deputatları Hikmət Atayev, Kamilə Əliyeva, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və digər idarə-müəssisə, təşkilat rəhbərləri iştirak edib.
SİA-nın Şimal-Qərb bürosunun verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə tər-çiçək qoyaraq hörmət və ehtiramlarını bildiriblər.
Daha sonra tədbir iştirakçılari RİH-nin foyesində təşkil olunmuş kənd təssərrüfatı məhsullarından ibarət sərgi ilə tanış olublar.
İcra başçısı hesabat məruzəsində ötən ilin ölkəmiz üçün uğurlu olduğunu vurğulayaraq əldə edilmiş nailiyyətlərdə Zaqatala rayonunun da payı olduğunu qeyd edib.
M.Əhmədzadə çıxışı zamanı neqativ hallardan da danışıb. Prezident Administrasiyasının rəsmisi M.Quliyev, Milli Məclisin üzvləri K.Əliyeva, H.Atayev ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan danışıblar.
Tədbirin sonunda Zaqatala ictimaiyyəti adından dövlət başçısına müraciət qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB