Elşad Mirbəşiroğlu: “Paşinyanla qondarma rejim arasında münasibətlər həndəsi silsilə ilə gərginləşəcəkdir” RƏY-ÖZƏL
“Məsələ burasındadır ki, Paşinyan özünü çox narahat hiss edir. Belə ki, Paşinyanın ən böyük arzularından biri də ondan ibarətdir ki, qondarma “DQR”də ona loyal hakimiyyət - yəni onun üçün təhlükə yaratmayacaq, əksinə ona bağlı hakimiyyət formalaşsın”. Bu fikirləri politoloq Elşad Mirbəşiroğlu Ermənistan hakimiyyəti ilə Qarabağ klanı arasında gedən savaşa münasibətini bildirərkən deyib. Politoloqa görə, bu baxımdan, qondarma rejimin hazırkı hakimiyyəti ilə Paşinyan arasında sözün əsil mənasında soyuq müharibə getməkdədir: “Hətta bir müddət öncə Paşinyan Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi münasibəti ilə təşkil edilmiş toplantıda Avropanın separatçı rejimdə demokratiyanın və insan hüquqlarının qorunması məsələsinin diqqətdə saxlanılmasını təmin edəcək əməkdaşlığın inkişaf etdirilməsini məsləhət görmüşdü. Yəni əslinə qalsa, burada Paşinyanın gizli niyyətləri özünü büruzə verir. Belə ki, Paşinyan düşünür ki, Avropa separtaçı rejimlə əməkdaşını genişləndirərək orada da demokratik dəyişikliklərə nail ola bilər. Yəni hakimiyyət dəyişikliyi şərtləndirilə bilər və əlavə olaraq qeyd etmək istəyirəm ki, bir necə gün öncə Paşinyan Ermənistanda olan müxtəlif ölkələrin səfirləri ilə qapalı görüş keçirdi, çox güman ki, bu görüş çərçivəsində də separatçı rejimdəki, vəziyyət müzakirə oluna bilər”. “Hesab edirəm ki, qondarma rejimlə Paşinyan hakimiyyəti arasında ki, ziddiyyətlər Ermənistanda böhranlı siyasi durumu daha da ağırlaşdıra bilər”, deyə qeyd edən politoloqa görə, nəzərə almaq lazımdır ki, qondarma və separatçı rejim olan - Qarabağ klanı güclüdür və gələn il həmin rejim “parlament və prezident seçkilərini” keçirmək istəyir: “Bu baxımdan, “seçkilər” yaxınlaşdıqca, Paşinyanla qondarma rejim arasında münasibətlər həndəsi silsilə ilə gərginləşəcəkdir. Bu da bütövlükdə gələcəkdə Ermənistanın onsuz da ağır olan həm siyasi, həm sosial, həm də iqtisadi vəziyyətini daha da ağırlaşdıracaqdır”. Elşad Mirbəşiroğu əlavə edib ki, Paşinyan çox sürətlə elektaratını itirməkdədir və onun reytinqinin sürətlə aşağı düşəcəyi gözlən idi: “Belə ki, Paşinyan dövlət idarəçiliyində hər hansı bir təcrübəyə, səriştəyə malik deyil. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Paşinyan Ermənistanda dövlət çevrilişi ərəfəsində, kütlə qarşısında verdiyi vədləri yerinə yetirə bilmir. Yenə də Ermənistanda işsizlik baş alıb gedir, sosial iqtisadi planda çox-çox geriləmə müşahidə olunmaqdadır. Bu mənada hesab edirəm ki, elektorat Paşinyanla bağlı gözləntilərini almadı və belə olan halda Paşinyanla bağlı xəyal qırıqlığı təbii ki, ona olan etimadı da sürətlə zəiflədir. Paşinyan siyasi səhnədən kifayət qədər tez uzaqlaşacaq. Bu da Paşinyanın siyasi karyerasının sonu kimi yadda qalacaq. Çünki Ermənistan cəmiyyətində ilk əvvəl Paşinyanla bağlı bir eyforiya yaranmışdı və Paşinyan özü-öz səriştəsizliyi, bacarıqsızlığı ilə eyni zamanda, Ermənistanda, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsindəki israrı ilə bunu darmadağın etdi”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB