Ermənistan ordusunda çatışmazlıqlar

Ermənistan ordusunda çatışmazlıqlar

Erməni hərbi qulluqçumuzun psixoloji vəziyyətinin əvvəlcədən müəyyənləşdirilməsinə mane olan bəzi qüsurlar var. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan deyib.

Məlumatda deyilir ki, müdafiə naziri səhhətində problem olan vətəndaşların orduya çağırlmaması barədə əmr veridiyinə inandırmağa çalışsa da sağlamlıq problemləri ilə orduya çağırılanların və çatışmazlıqların hələ də olduğunu etiraf edib.
Yuri Brian ilə davaya toxunan David Tonoyan, "Problemlərimiz var, lakin hərbçimizin psixoloji vəziyyətini əvvəlcədən müəyyənləşdirməyə imkan verməyən bəzi çatışmazlıqlar da var" deyib.
Bu cür halların qarşısını almaq üçün hansı tədbirlərin görüldüyünə barədə suala David Tonoyan belə cavab verib:
"Daha yaxşı işləmək lazımdı. İndi müvafiq tapşırıqlar verilib. Daha çox şey deyə bilmərəm, çünki ibtidai istintaq gedir".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə