Gömrük Komitəsi: “Ötən il İrandan Naxçıvana narkotik maddələrin gətirilməsi ilə bağlı 4 cinayət tərkibli fakt aşkarlanıb”

Gömrük Komitəsi: “Ötən il İrandan Naxçıvana narkotik maddələrin gətirilməsi ilə bağlı 4 cinayət tərkibli fakt aşkarlanıb”

Ötən il İrandan Naxçıvan Muxtar Respublikasına narkotik maddələrin gətirilməsi ilə bağlı 4 cinayət tərkibli fakt aşkarlanıb. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən xəbərə görə, Muxtar Respublika gömrükçülərinin həyata keçirdikləri tədbirlər nəticəsində ümumilikdə 8 kq 264,9 qram heroinin, 2 kq 304 qram tiryəkin İrandan Naxçıvana gətirilməsinin qarşısı alınıb.

 

Naxçıvan Gömrük Komitəsi tərəfindən 2010-cu ildə Muxtar Respublikanın büdcəsinin formalaşdırılması üçün müəyyən olunmuş proqnoz-tapşırığa 358,3 faiz əməl edilərək 3 mln. 300 min manata qarşı 11 823 545 manat toplanılıb. Gömrük orqanları tərəfindən 2010-cu il ərzində büdcəyə köçürülmüş vergi və rüsumlar Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 22,3 faizini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə