“Azərbaycan dövləti hər bir zaman, cəmiyyət üçün əhəmiyyətli olan anlarda öz qərarını verir və sözünü deyir”-MÜNASİBƏT

“Azərbaycan dövləti hər bir zaman, cəmiyyət üçün əhəmiyyətli olan anlarda öz qərarını verir və sözünü deyir”-MÜNASİBƏT
"Düşünürəm ki, iclasın gedişatını diqqətlə izləyən hər bir vətəndaş çox aydın şəkildə görə bilər ki, Azərbaycan dövləti, rəhbərliyi hər bir zaman lazım olan vaxtlarda, cəmiyyət üçün əhəmiyyətli olan anlarda öz qərarını verir və sözünü deyir. Verilən qərarlar, deyilən sözlər hər bir zaman Azərbaycan vətəndaşının, xalqının mənafelərindən çıxış edərək, ölkənin gələcəyini düşünərək atılan addımlar, verilən qərarlardır". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən iclasda verilən tapşırıqlara münasibət bildirərkən deyib. O bildirib ki, tövsiyədən daha çox qarşıya qoyulan tələblər bir daha göstərdi ki, ölkədə insanların bu günü, gələcəyi naminə çox işlər görülüb.

"Təsadüfü deyil ki, ölkə rəhbəri, hörmətli prezidentimiz dəfələrlə çıxışlarında qeyd edib ki, Azərbaycanda insan amili ön plana çəkilməkdədir. "Qara qızıl" kapitalından insanlarımızın mənafeləri üçün istifadə etməliyik. Bu ifadəni, mesajı, açıqlamanı biz hər an gündəlik həyatımızda hiss edirik. Bu toplantıdan sonra çox təbii olaraq cəmiyyətin bütün zümrələri, təbəqələri içərisində çox məzmunlu və əhatəli polemikaların keçirilməsi, dəyirmi masaların təşkil olunması və hər bir idarə rəhbərinin sanki toplantıdan sonra özünə bir çəki-düzən verməsinin şahidi oluruq. Təbii ki, bu gün cəmiyyəti narahat edən və verilən qərardan, tövsiyədən irəli gələn məsələlərin necə həll olacağı çox mühüm məsələdir. Bu tapşırıqlar cəmiyyətin bir hissəsinin xeyrinə olacaq və artıq sui-istifadə halları olmayacaq. Bu çox əhəmiyyətlidir və gələcək günlərdə atılan addımlar bunu bir daha sübut edəcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə