Mübarək fikrini niyə dəyişdi?

Dünən Bakı vaxtı ilə axşam saat 20:00-də Misir prezidenti Hüsnü Mübarək istefa verərək ölkəni tərk etməli idi. SİA-nın Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Qahirədəki saray gözətçilərindən biri qəzetə bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) saat 21:00-da verdiyi açıqlama Mübarəkin bütün planlarını dəyişdirib.

 

Adını açıqlanmasını istəməyən zabitin məlumatına görə, Misir xalqının qəbul etmədiyi dövlət başçısı dünən axşam yüksək rütbəli dövlət rəsmiləri və ailəsi ilə görüşərək istefa verəcəyini söyləyib. O, Qahirədəki saray gözətçilərinə (22 min nəfərdən ibarət olan və yalnız Mübarəki qoruyan ordu) təyyarəsini hazırlamaq əmrini verib. ABŞ MKİ-nin direktoru Leon Edvard Panettanın "Mübarək istefa verəcək, yerinə də Ömər Süleyman keçəcək" açıqlaması Mübarəkin qəzəbinə səbəb olub. ABŞ-ın müdaxiləsinə əsəbiləşən Mübarək bütün planlarını dəyişib. Qahirədən ayrılan Misir lideri Şarm əl-Şeyxə getdi, ancaq nə istefa verdi, nə də Misiri tərk etdi. MKİ-nin açıqlamasına görə istefa fikrini dəyişən Mübarəkin xalqa müraciəti də bir neçə saat sonra baş tutub.

 

"Sabah"ın əldə etdiyi məlumata görə, xalq prezident sarayına yürüşə başladığı zaman mühafizəçiləri "Mübarək Qahirədə deyil, boş yerə saraya getməyin" xəbərdarlığı edib.

Bütün xəbərlər Facebook səhifəmizdə