Rüşvətxorluq Ermənistan büdcəsini çökdürür

Rüşvətxorluq Ermənistan büdcəsini çökdürür

Ermənistanın Milli Təhlükəsizlik Xidməti korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Gəlirləri Komitəsinin əməkdaşı tərəfindən qarət və rüşvət faktları aşkarlayıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

İlkin məlumatlara görə, Ermənistan Dövlət Xəzinədarlığının Vergi Əməliyyat İdarəsinin Goryiskiy Ərazi Vergi Müfəttişliyinin Baş Müfəttişi “Kapuyt bazalt” MMC-nin mavi bazaltı qanunsuz realizə etməsi və işçilərin qeydiyyatsızlığına görə, qanun müstəvisinə çıxarmaması və susması müqabilində rüşvət olaraq 600 min dram məbləğində bazalt tələb edib və alıb.

Məlumatda o da qeyd olunur ki, faktiki olaraq kompaniya 2017-2018-ci illər ərzində vergi ödəmədən 17 500 000 dram dəyərində 700 kibmetr daş çıxarıb və realizə edib ki, bununla da dövlətə əhəmiyyətli dərəcədə ziyan vurub. Bir sözlə, rüşvətxorluq və qarət Ermənistan büdcəsini çökdürür.

Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət işi açılıb. İki nəfər ittiham olunur. Hazırki istintaq davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə