Mais Səfərli: “Arif Hacılı Vidadi İsgəndərlinin maraqlarına toxunsa, onda bir-birlərinə düşmən olurlar” RƏY-ÖZƏL

Mais Səfərli: “Arif Hacılı Vidadi İsgəndərlinin maraqlarına toxunsa, onda bir-birlərinə düşmən olurlar” RƏY-ÖZƏL

“Adları çəkilən şəxslərin hər biri öz maraqları üçün çalışırlar”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, yəni onların verdiyi bəyanatlar boş sözdən başqa bir şey deyil: “Əgər biri digərinin maraqlarına toxunursa olurlar düşmən. Onların biri-birlərinə qarşı təhqiramiz fikirlər səsləndirmələri onun göstəricisidir ki, özünü müxalifət adlandıran bu şəxslər əslində öz maraqları üçün çalışırlar. Əgər tutaq ki, Arif Hacılı Vidadi İsgəndərlinin maraqlarına toxunsa, onda bir-birlərinə düşmən olurlar. Yaxud da kimsə Ə. Kərimlinin marağına toxunursa o Əli Kərimlinin düşməni olur. Maraqlar toqquşmasa o zaman özlərini bir-birinə qarşı mehriban göstərirlər. Amma əslində isə bu belə deyil. Çox yaxşı ki, Azərbaycan xalqı ağı qaradan ayırmağı bacarır, belələrinin heç vaxt ardınca getmir, onların dediklərinə də qulaq asmır və dəstəkləmir. Ona görə də, xaricidə olan həmin o şəxslər vətənə qayıtmırlar. Çünki xalqımız nə müxalifəti nə də ki, xaricidə olan həmin “söyüş qrupu”nun üzvlərini dəstəkləmir. Bir sözlə, onların bu cür hərəkətlərini daha da pisləyirlər. Həmin adları çəkilən şəxslər bu cür yersiz hərəkətlərə əl ataraq xaricdə olan bəzi qüvvələrdən pul almaqla məşğul olurlar. Bu gün Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşan qüvvələr var, həmin qüvvələrində məqsədi dövlətimizin uğurlarına kölgə salmaq istəyir. Amma istər xarici qüvvələrin, istərsə də daxili qüvvələrin nə etməsindən və deməsindən asılı olmayaraq heç vaxt ölkəmizlə bağlı məkrli planlarını həyata keçirə bilməyəcəklər. Çünki Azərbaycan dövləti dünya dövlətləri arasında öz sözünü demiş və hörmətini qazanmış bir dövlətdir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə