"Azərbaycan həmişə istəyib ki, gediş-gəliş olsun" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan həmişə istəyib ki, gediş-gəliş olsun" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə çalışıb ki, xaricilər gəlib Azərbaycandakı vəziyyəti, inkişafı görsünlər". Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

"Görsünlər ki, ölkəmizin iqtisadiyyatı nə qədər inkişaf edib, Azərbaycanda insan hüquq və azadlıqları nə qədər yüksək səviyyədədir, insanlar nə qədər rahatdırlar və s. Siyasi məqam bundan ibarətdir. Digər tərəfdən bütün dünyanın gözü I Avropa Oyunlarında olduğu kimi, bu gün də Azərbaycandadır. Hətta bugünə kimi Azərbaycanı tanımayanlar da tanıyır. Ən azından onlar axtarış saytlarında ölkəmizlə bağlı məlumat toplayırlar. Turistlərin gəlməsi isə siyasi anlamda Azərbaycanın digər ölkələrlə turizm əməkdaşlığı, digər sahələrə marağı, investisiya qoyuluşundan xəbər verir.

Ölkəmiz hər zaman bütün dünyaya açıq bir dövlət olub. Azərbaycan həmişə istəyib ki, gediş-gəliş olsun. Adətən ölkəsində normal vəziyyət olmayan, hər hansı problemi olan dövlətlər bu cür yarışlardan, beynəlxalq əhəmiyyətli tədbirlərdən qaçırlar. Azərbaycan isə bu gün Qafqazın, regionun, Avropanın ən güclü dövlətidir. Ona görə də bu gücü, qüdrəti xaricilərin də gəlib görməsinin marağındayıq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə