YAP Binəqədi rayon təşkilatının gənclər birliyi orduya dəstək aksiyasına qoşulub
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra Katibi Əli Əhmədovun çağırışına qoşularaq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədi ilə aksiya keçiriblər. Aksiya zamanı YAP Binəqədi rayon təşkilatının kollektivi banklara gedərək, Silahlı Qüvvələrə Yardım Fondunun hesabına maddi dəstək göstəriblər.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasına YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatları da qoşulub. Bu aksiyaya qoşulmaq Azərbaycanın hər bir vətəndaşını bir olmağa, Silahlı Qüvvələrə dəstək olmağa səsləyir. Ordu xalqın qürur mənbəyi və onun müdafiəsinin təminatçısıdır. Azərbaycan Ordusu öz qüdrəti ilə hər zaman öndədir. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu inkişafa, az da olsa, hər birmizin dəstək olması qüdrətli Azərbaycanın birliyinin göstəricisidir. Unutmayaq, bu dəstək bütün hərbi hissələrin müasir standartlara uyğun qurulmasında, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılmasında, ordumuzun müasir silahlarla təmin edilməsi kimi görülən mühüm işlərdə hər bir Azərbaycanlının dayağı və qayğısı deməkdir. Onlar bizim sabit yaşayışımızın təminatçılarıdır.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB