"AŞPA-nın sədri ilə ciddi şəkildə işbirliyi içində olmalıyıq" ÖZƏL-MÜNASİBƏT
"Ümumiyyətlə biz AŞPA-dan, üzvü olduğumuz beynəlxalq təşkilatlardan, xüsusilə də dövlətlərarası təşkilatlardan Azərbaycanın nüvə problemlərinin həlli ilə bağlı gözlənti sahibi olmaqda haqlıyıq. Azərbaycan bu cür qurumlara ona görə üzv olub ki, özünün əsas məsələlərinin həllində bu platformalardan istifadə etsin". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, AŞPA dəfələrlə Azərbaycanla bağlı məsələlərin müzakirəsində platforma rolunu oynayıb: "Amma hadisələrin gedişinə, xüsusən də Ermənistanın işğal siyasətinin aradan qaldırılmasına birbaşa təsir etmək imkanları yoxdur. Biz həmçinin nəzərə almalıyıq ki, AŞPA kimi qurumlar daha çox aparıcı qərb dövlətlərinin sözü ilə oturub-durur. Baxmayaraq ki, hər kəs orada bərabərdir, bütün üzv dövlətlərin səlahiyyətləri və imkanları eynidir lakin burada müəyyən təsir məsələləri vardır. Təbii ki, bu məsələlərdə də qərb dövlətləri sözü bir yerə qoya bilirlər. Bu baxımdan mən AŞPA-nın yeni sədrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atacağı addımdan o qədər də ümidli deyiləm. Amma istənilən halda biz yeni rəhbərlə də işləməyə davam etməliyik. Azərbaycan bu vaxta qədər olan münasibətləri qorumalıdır və indiki yeni seçilən xanımla da ciddi şəkildə işbirliyi içində olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB