"Ermənilərin axmaq, həyasız hərəkətlərinə dözməməliyik" ÖZƏL - ŞƏRH

"Ermənilərin axmaq, həyasız hərəkətlərinə dözməməliyik" ÖZƏL - ŞƏRH

“Azərbaycanın torpaqları 30 ilə yaxındır ki, işğal altındadır, biz işğalçı dövlətin qoşunlarının ərazilərimizdən çıxarılmasını, ərazi bütövlüyümüzün təmin olunmasını tələb edirik. Bizim mövqeyimiz dəyişməzdir. Bu, alver predmeti deyil”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bunu bəyan edib: “Təbii ki, ermənilərin də mövqeyi var. Onların mövqelərini keçmiş və indiki rəhbərləri həyasızcasına, tərbiyəsizcəsinə bəyan edirlər. Deyirlər ki, bir qarış da geri çəkilmək niyyətində deyillər, guya hansısa ölkənin torpağını işğal etməyiblər, “tarixi”, “böyük Ermənistan” torpaqlarını “azad” ediblər. Belə olan halda, görüşün, danışıqların nə nəticəsi ola bilər?! Ermənistan rəhbərliyi Azərbaycanın hər gün artan gücü qarşısında acizliklərini, zəifliklərini dərk edərək beynəlxalq qurumlara deyirlər ki, “Biz arxayınıq ki, Azərbaycanı müharibə etməyə qoymayacaqsınız...”. Ermənilər Azərbaycanın hərbi sahəyə ayırdığı vəsaiti artırmasını, ən müasir silahlar almasını, Türkiyə ilə birgə təlimlər keçirməsini qabardılar, hay-küy salırlar. Nə qədər həyasız və tərbiyəsiz olmaq lazımdır ki, Azərbaycanın ərazilərini işğal edəsən, sonra belə deyəsən... Vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də ermənilərin dediyini deyir. Deyirlər ki, güc, hərbi yolla problemin həlli mümkünsüzdür. Bu, ermənilərin xeyrinədir. Ermənilər torpaqları işğal edib, oturublar, deyirlər ki, “Bizə dəyməyin...”.

Həmsədr dövlətlərlə ermənilərin fikirləri üst-üstə düşür. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri 30 ildir, tutuquşu kimi bəyan edirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Əgər onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, niyə işğalçını yerinə oturtmurlar? Axı işğalçı məlumdur. Niyə işğalçıya və işğala məruz qalana münasibət eyni olmalıdır. Bu, yalnız vaxt uzatmaqdır və ermənilərin xeyrinə işləyir. Azərbaycanın səbri çoxdan tükənib, ermənilərin axmaq, həyasız hərəkətlərinə dözməməliyik. Azərbaycan Ordusu düşməni darmadağın edərək ərazilərindən çıxarmalıdır. Ordumuz buna qadirdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə