Müsavatın növbəti qurultayında Arif Hacılı əski mövqeyinə qaytarılacaq
Əksər müxalifət partiyalarında qarşıdurmaların gərginləşməsi fonunda istefalar baş verməkdədir. Bu cür hallar daha çox Müsavat, AXCP və qondarma qurum olan "Milli Şura" daxilində daha çox müşahidə olunmaqdadır. Bu isə, onu deməyə əsas verir ki, üzdəniraq partiya sədrləri səhv və yanlış siyasət aparmaqla, özləri ilə yanaşı, rəhbərlik etdikləri təşkilatları da məhvə sürükləyirlər. Müsavat Partiyasında proseslər əvvəlcədən proqnozlaşdırılan istiqamətdə inkişaf etməkdədir və bu qurumun narazı üzvləri bir-bir Müsavat sıralarından uzaqlaşmaqdadırlar. Əslində, daha geniş və çoxsaylı istefaların əsası, başqanlıq postunda Arif Hacılının İsa Qəmbəri əvəz etməsindən sonra qoyulub. 2014-cü ildə keçirilən Müsavatın qurultayında başqanlığa namizəd olmuş şəxslərdən Qubad İbadoğlu başqanlıq seçkisində saxtakarlığa və pozuntulara etiraz edərək, partiyadan istefa verdi. Ardınca isə, Müsavat partiyasının bəzi strukturlarının buraxılması prosesi başlanıldı. Nəticədə, partiyanın onsuz da zəif olan dayaqları tamamilə çökdü.
Q.İbadoğlunu yaratdığı "ADR" hərəkatının sıraları, demək olar ki, əsasən, müsavatçılardan formalaşmışdı. A.Hacılı, ciddi-cəhdlə Müsavatın dağılmasının qarşısını almağa cəhd göstərsə də, istək və arzuları iflasa uğramışdır. Hətta A.Hacılı və qardaşı Mustafa Hacıbəyli sosial şəbəkələrdə, çıxış edərək, "ADR"in yaradılmasının gülünc və mənasız olduğunu, orada təmsil olunanların öz məsləklərinə və əqidələrinə xəyanət etdiklərini bildirmişlər. Müsavatdan ayrılaraq özünə "Ağ partiya" adlı təşkilat yaradan Tural Abbaslı isə, qardaşların ittihamlarını əsassız adlandırb. Nizamnamədə qeyd edilib ki, Partiyanın üzvü istənilən hərəkat və təşkilatın sıralarına qoşula, lakin yalnız bir partiyanın, Müsavat partiyasının üzvü ola bilər".
Qubad İbadoğlunun arzuları reallaşamadı
Müsavatın rüsvayçılıla nəticələnən qurultayı A.Hacılının yeni dönəm üçün başqanlıq iddialarının reallaşmasına imkan versə də, partiyanın inkişafına olan ümidləri alt-üst etmiş oldu. Daha doğrusu, 2014-cü il qurultayı Müsavatın bir daha normal fəaliyyət göstərə bilməyəcəyini ortaya qoydu. Müsavatın parçalanmasının ideya müəllifləri olan T.Abbaslı və Q.İbadoğlu da arzu və istəklərini reallaşdıra bilmədilər. "ADR" hədəflərinə nail ola bilmədiyi kimi, "Ağ partiya" da nəticə əldə edə bilmədi. Hətta Q.İbadoğlu idarəetməni bacarmadığından, 6 aya yaxın hərəkatdan ayrılaraq, biznes fəaliyyəti ilə məşğul oldu. Amma Türkiyədə yaşayn Müsavat başqanının keçmiş müavini Vurğun Əyyub Bakıya qayıdıb, siyasi bəyanatlarla çıxış edərək, "ADR"in yığıncaqlarında fəal şəkildə iştirak etdikdən sonra Q.İbadoğlu gözlənilmədən Bakıda peyda oldu. Yenə də, heç nə dəyişmədi. "ADR" zəif və fəaliyyətsiz qurum olduğunu ardıcıl istefaları ilə təsdiqləmiş oldu. T.Abbaslı da Müsavatdan ayrıldıqdan sonra, özünə "Ağ partiya" yartdıb, fəal siyasətə qatıldığını bəayn etsə də, arzu və istəkləri uğursuzluğa düçar oldu. Aktiv fəaliyyətdə olduğunu nümayiş etdirmək üçün T.Abbaslı qurumlara qatılsa da, iddialı və hikkəli partiya sədrlərinin təhqirləri ilə üzləşdi. Qondarma qurum olan, "Azərbaycan Xalq Hərəkatın"da "AMDP" sədri İskəndər Həmidovun təhqirlərinə məruz qaldı. Hətta müdaxilə edən olmasa idi, İ.Həmidov T.Abbasılını döyüb xətəxanalıq edəcəkdi.
Bütün bu olayalar və yeni partiyaların yaradılmasına baxmayaraq, müxalif düşərgədə uzağa getmək və uğur qazanmaq mümkün deyil. Çünki müxalifət düşərgəsində hökm sürən qüsurlar, səhv və yanlış siyasət partiyaların və onaların sədrlərinin uğur əldə etmələrinə imkan vermir. Parçalanmalar və qopmalar da, məhz yanlış siyasətin bəhrəsidir.
Arif Hacılı arxivə göndərilir
Bütün müxalif partiyalarda olduğu ki, Müsavatdan da istefaların başlıca səbəbi xalqa və dövlətə zidd siyasət aparılmasıdır. A.Hacılının başqan seçilməsindən sonra Müsavat daxilindən qopmalar daha geniş xarakter daşıyıb. Vəziyyətin daha da ağırlaşması proqnozlaşdırılır. Çünki A.Hacılının xaricdən ayrılan maliyyə vəsitlərini mənimsədiyi, qardaşı Vaqif Hacıbəyli, "Əhrar" partiyasının sədri olmasına baxmayaraq, Müsavatın kollegial orqanlarında iştirak etdiyi, sıravi partiya üzvlərinin təklif və ideyalarını rədd etdiyi və digər köklü problemlər, Müsavatı məhvə sürükləməklə yanaşı, A.Hacılının siyasətdən arxivə yola salınmasının başlıca səbəblərindəndir. Amma Yadigar Sadıqlı, Osman Kazımov kimi partiya sözçüləri, göz görəsi, Müsavatın dağılması ilə barışmaq istəmirlər. Bu səbəbdən də, İ.Qəmbəri yenidən başqanlığa gətirməklə, mövcud ağrılı problrmləri həll etməyə ümid bəsləyirlər. Hətta Y.Sadıqlı bəyan edib ki, İ.Qəmbər A.Hacılıya güzəştə getməsə, o zaman özü başqanlığa namizədliyini irəli sürəcək. Məlumata görə, Y.Sadıqlının namizədliyini Müsavat partiyası başqanının keçmiş müavinləri Elman Fəttah, Tofiq Yaqublu, o cümlədən, əksər divan üzvləri dəstəkləyiblər. Məhz bundan sonra Müsavatın indiki başqanı A. Hacılı ilə Y. Sadıqlı arasında gərgin qarşıdurma yaranıb və tərəflər bir-birini gözdən salmağa və sıradan çıxartmağa çalışırlar.
A.Hacıl-Y.Sadıqlı arasında baş verən qarşıdurma fonunda İ.Qəmbər başqanlığa hazırlaşır. Artıq bu barədə, rayon təşkilatlarına da ciddi tapşırıqlar verilib. Müsavatdakı məlumatlı mənbənin dediyinə görə, nəzərdə tutulan Müsavatın növbəti qurultayında İ.Qəmbər başqan seçiləcəyi təqdirdə, partiyadan istefa verərək, özlərinə "ADR" hərəkatı yaradan Q. İbadoğlu, Səxavət Əlisoy, V.Əyyub və digərləri yenidən Müsavata qayıdacaqlar. Hətta Q.İbadoğlu partiyanın icra aparatının rəhbəri, S.Əlisoy isə başqan müavini təyin oluncaqlar.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB