Paşinyan Robert Koçaryanın ona qarşı iddiasına görə 650 min dram təzminat tələb edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, cavabdeh tərəf, baş nazirin vəkili Qevork Qezalyan Robert Koçaryanın nümayəndəsinə 650 min dram təzminat barədə bildirib.
Məlumatda o da qeyd olunub ki, Robert Koçaryanın nümayəndəsi, hüquqşünas Hayk Alumyan belə bir məbləğin ağlasığmaz olduğunu bildirib. Buna görə Ermənistanın ikinci prezidentinin, Robert Koçaryanın nümayəndəsi vəkil Hayk Alumyan məhkəmədə dünən verilən iddianı rədd edib.
O da qeyd olunur ki, məhkəmə bu mövzuda 24 İyun tarixində qərar verəcək.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB