"Qaydalar qorunub və təhlükəsizlik yüksək səviyyədə təmin olunub" Rəy

"Qaydalar qorunub və təhlükəsizlik yüksək səviyyədə təmin olunub" Rəy

"Azərbaycanda UEFA Avropa Liqasının final matçı yüksək səviyyədə keçdi". SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Milli Məclisin spikeri bildirib ki, oyun zamanı bütün qaydalar qorunub və eyni zamanda təhlükəsizlik yüksək səviyyədə təmin olunub.

O.Əsədov əlavə edib ki, oyun zamanı asayiş də yüksək səviyyədə qorunub: “Hamınızı təbrik edirəm və hüquq-mühafizə orqanlarına asayişi yüksək səviyədə qoruduğu üçün təşəkkür edirəm”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə