Cənubi Koreyanın hakim Demokratik “Toburo” partiyası müxalifətdən olan deputata cəza verilməsini tələb edib. SİA tass.ru-ya istinadən xəbər verir ki, buna səbəb müxalifətçi deputatın mayın 7-də ölkə prezidenti Mun Çje İnin ABŞ prezidenti Donald Trampla apardığı telefon danışığının konfidensiallığını ictimailəşdirməsidir. Bu barədə Seulda keçirilən mətbuat konfransında siyasi hərəkatın rəsmi nümayəndəsi Yun Çun Suk da deyib.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, iki ölkə prezidentlərinin danışıqlarını Koreya azadlıq partiyasından olan müxalifətçi deputat Xan Xyö Sana Cənubi Koreyanın Vaşinqtondakı əməkdaşlı ötürüb. Məhz bundan sonra koreyalı parlamentari həmin məlumatı jurnalistlərə açıqlayıb.
İnformasiyanı ötürən diplomat da artıq ölkəsinə geri çağırılıb və onu həbs cəzası gözləyir. Deputatı isə hələ ki, toxunulmazlıq statusu müdafiə edir və hakim partiya həmin statusu onun üzərindən götürmək, mandatımdan isə məhrum etmək üçün fəaliyyətə keçib.
Cənubi Koreya KİV-ləri telefon danışığı zamanı koreyalı prezident amerikalı həmkarını 25-28 mayda edəcəyi Yaponiya səfərindən dərhal sonra ölkəsini ziyarət etməyə çağırıb. Müxalifətçi deputat isə jurnalistlərə açıqlamasında bildirib ki, Mun Çje İn Trampın Cənubi Koreyaya səfər etməsindən ötrü ABŞ prezidentinə yalvarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB