“Time” jurnalı: “Əhmədnejadı və Lukaşenkonu Mübarəkin taleyi gözləyir”

“Time” jurnalı: “Əhmədnejadı və Lukaşenkonu Mübarəkin taleyi gözləyir”

Misirdə baş verən hadisələri nəzərə alaraq Amerikanın "Time" jurnalı dünyada diktator rejimi ilə ölkəsini idarə edən və qısa müddət ərzində öz postuna əlvida deməyə hazırlaşan dövlət başçılarının siyahısını dərc edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, siyahıda birinci yeri Misirin hazırki prezidenti Hüsnü Mübarək tutur. Onun ardınca isə Yəmənin dövlət başçısı Əli Abdullah Saleh və KNDR-in lideri Kim Çen İr qərarlaşıb.

 

Dördüncü yerdə Belarusun prezidenti Aleksadr Lukaşenko, beşinci yerdə isə Sudanın lideri Ömər Əl-Bəşirdir. Eyni zamanda dövləti diktator rejimi ilə idarə edən dövlət başçılarının siyahısında İranın, Zimbabvenin, Tacigistanın, Səudiyyə Ərəbistanın və Əlcəzairin dövlət başçıları da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə