Gəncədə Gənclər Günü qeyd olunub

Gəncədə Gənclər Günü qeyd olunub

2 fevral Gənclər Günü Gəncə şəhərində də qeyd olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, Olimpiya İdman Kompleksində təşkil olunan tədbirdə çıxış edən Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Mövsüm Hüseynov bildirib ki, son illər ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı göstərilir. Gənclərin məşğulluğunun artırılması, onların yüksək səviyyədə təhsil almaları üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Bundan əlavə Azərbaycanda olimpiya idman komplekslərinin tikintisi davam etdirilməkdədir.

Tədbirdə söz alan digər natiqlərdə qeyd edib ki, bu gün Azərbaycanın gənc idmançıları ölkəmizin idman şərəfini layiqincə təmsil edir. Məhz bu tədbirlərin nəticəsi olaraq gənc kadrlar müxtəlif sahələrdə öz yerlərini tutub.

Tədbirin rəsmi hissəsinin ardından idmançıların nümunəvi çıxışları olub.

Həmçinin, Gəncənin incəsənət xadimlərinin ifasında bayram konserti təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə