Tapdıq Abbas: “Xaricdəki “söyüş qrup”ları daxili xəyanətkarlardan dəstək alırlar ” RƏY-ÖZƏL

Tapdıq Abbas: “Xaricdəki “söyüş qrup”ları daxili xəyanətkarlardan dəstək alırlar ” RƏY-ÖZƏL

“Ölkəmizin əleyhinə xaricdəki düşmənlər tərəfindən formalaşdırılmış “söyüş qrup”larının fəaliyyəti barədə yazı və müsahibələrimdə dəfələrlə fikrimi açıq ifadə etdiyim kimi, yenə
də o qənaətdəyəm ki, bu qruplaşmalar ölkəmizin xarici və daxili düşmənlərinin maliyyə dəstəyilə hərəkət edirlər”. Bunu SİA-ya açıqlamasında “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib. Onun sözlərinə görə, o da real həqiqətdir ki, xaricdəki “söyüş qrup”ları daxili xəyanətkarlardan dəstək alırlar: “O da məlumdur ki, ölkə daxilindəki düşmən və xəyanətkar qüvvələr radikal müxalifət cildinə girib, ölkəmizə qarşı öz çirkin fəaliyyətlərini daim davam etdirirlər. Əli Kərimlinin, Sevinc Osmanqızının və digərlərinin xaricdəki “söyüş qrup”larına dəstək verməsini də yalnız ölkəmizə qarşı düşmənçiliklə məşğul olanların sırasında dayanmalarından başqa bir şey olmadığına zərrəcə şübhə yoxdur”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə