Erməni tərəfi uzanan danışıqları müharibədən daha sərfəli hesab edir
Hər hansı danışıqlar müharibədən daha yaxşıdır. SİA Ermənistana məxsus tert.am saytında dərc olunan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyan deyib.
Ermənistan Milli Məclisinin sədri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların boş zaman itgisi olması barədə fikirlərlə razılaşmayıb. Ararat Mirzoyan tert.am-a müsahibəsində deyib ki, Azərbaycan çox şey istəməyə bilər, lakin bu o demək deyil ki, biz səylərimizi dayandırmalıyıq.
“Artıq üç onillikdən artıq müddətdə danışıqlar aparılır, hansı ki, heç bir mənalı nəticə əldə edilməyib. Bütün bunları mənasız danışıqlar kimi dəyərləndirməli və dayandırmalıyıqmı? Biz səylərimizi davam etdirməli, Ermənistan üçün sərfəli həll yolu tapmağa çalışmalıyıq. Ən vacibi isə, gəlin unutmayaq ki, hərhansı danışıqlar, müharibədən daha yaxşıdır”, –deyə Ararat Mirzoyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB