"Azərbaycanda mediaya dəstək siyasətinin əsası Ulu Öndər tərəfindən qoyulub" AÇIQLAMA-ÖZƏL
“Əslində bu gün ölkəmizdə mediaya dəstək istiqamətində həyata keçirilən siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və o dövrkü siyasətin davamı kimi qiymətləndirilməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında “ Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktor söyləyib ki, Ümummilli lider Heydər Əliyev təcrübəli dövlət xadimi kimi dövlətçilikdə medianın rolunu dəqiq anlayır və önəm verirdi: “O yaxşı bilirdi ki, dövlətçilikdə media həm dağıdıcı, həm də qurucu statusda fəaliyyət göstərə bilər. Çünki medianın inkişafı və dövlətçiliyə dəstəyi olmadan ümumi inkişafın mümkünsüzlüyü mübahisəsiz həqiqətdir”.
A.Quliyev bildirib ki, yaxın tariximizə nəzərə saldıqda hətta müəyyən dövr ərzində Ulu öndər Heydər Əliyevin başqa resurslar hələ dağınıq halda olduğu üçün ölkəni əsasən medianın gücü sayəsində idarə etdiyini görmək mümkündür: “Ümummilli lider Heydər Əliyev ümumi inkişafda medianın roluna böyük önəm verdiyi üçün hakimiyyətdə olduğu dövrdə medianın fəaliyyətinə dövlət dəstəyi barədə xüsusi olaraq düşünüb və bu istiqamətdə addımlar atıb”.
Baş redaktor qeyd edib ki, medianın qanunvericilik əsaslarının yaradılması, qəzetlərə maddi dəstəyin verilməsi, borcların silinməsi və vergi öhdəliklərinin sadələşdirilməsi yolunda ilk zəruri addımları məhz Ulu öndər Heydər Əliyev tərəfindən atılıb: “Heydər Əliyevin jurnalistlərlə adi ünsiyyətləri maraqlı davranış nümunələri olmaqla bərabər, həm də xoş niyyət nümunələri idi. Jurnalistlərlə səmimi ünsiyyətlərdə yaranmış bəzi şirin sarkazmlar bu gün də maraqla xatırlanır”.
Media kapitanı əlavə edib ki, senzuranın ləğv edilməsi mətbuatı 90-cı illərin ortalarında bir çox proqnoz edilməyən və idarə olunmayan məmur özbaşınalıqlarından qorumaqda müstəsna rol oynadı: “Dahi şəxsiyyət Heydər Əliyevin mətbuat siyasəti müstəqil Azərbaycanın mətbuatının inkişafının ilk və müəyyənləşdirici mərhələsidir. Hər nə əldə etmişiksə və edəcəyiksə bu bazanın üstündə qurulur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB