Misirin vitse-prezidenti Ömər Süleyman dövlət başçısı Hüsnü Mübarəkə böhranı aradan qaldırmaq planı təklif edib.
SİA-nın məlumatına görə, Misirdə yayımlanan "Aş-Şuruk" qəzetinin məlumatında bildirilib ki, Süleymanın təklif etdiyi plan Mübarəkin ölkə rəhbərliyindən əl çəkməsini, varislik prinsipinin istisnasını, yeni hökumətə biznes nümayəndələrini cəlb etməkdən imtinanı, konstitusiya referendumu keçirilməsini və hakim Milli Demokrat Partiyasının rəhbərliyində dəyişikliklər edilməsini nəzərdə tutur.
Mübarəkin təklifə reaksiyası hələlik məlum deyil.
Ömər Süleymanı vitse-prezident postuna yanvarın 29-da Hüsnü Mübarək gətirib. O tarixə qədər Ömər Süleyman kəşfiyyat xidmətinin rəisi olub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB