NATO generalı: “Azərbaycanın NATO ilə əməkdaşlığı yüksək səviyyədədir”

NATO generalı: “Azərbaycanın NATO ilə əməkdaşlığı yüksək səviyyədədir”

Azərbaycanın NATO ilə əməkdaşlığı yüksək səviyyədədir. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında NATO-nun Beynəlxalq Hərbi Qərargahının Əməkdaşlıq və Regional Təhlükəsizlik İdarəsinin rəhbəri, general-mayor Branko Karlos deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanla NATO arasında bir neçə birgə layihə həyata keçirilir: "NATO-nun yeni konsepsiyası çərçivəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün bütün vasitə və imkanlarımız var. Biz Azərbaycanla mövcud və yeni layihələrin həyata keçirilməsi zamanı əməkdaşlığın genişləndirilməsinə ümid edirik".

 

O, eyni zamanda Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanda iştirakını yüksək qiymətləndirdiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə