Emin Həsənli: “Müxalifətin iflası qaçılmazdır” RƏY-ÖZƏL

Emin Həsənli: “Müxalifətin iflası qaçılmazdır” RƏY-ÖZƏL

“Vaxt var idi ki, Azərbaycanı dünyada tanımırdılar”. Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, lakin Ulu Öndər Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdı: “Prezident İlham Əliyev Bakıda böyük tədbirlər keçirdir, beynəlxalq miqyaslı idman yarışları təşkil edir. Azərbaycanda keçirilən bütün bu təbdirlər Azərbaycan dövlətinin həm inkişafından xəbər verir, həm də beynəlxalq aləmdə yerinin və rolunun möhkəmlənməsinə yardımçı olur. Ümumiyyətlə, ölkəmizin təbliğində bu cür yarışlar mühüm önəm daşıyır. Bu yarışlar harda keçirilir, Əfqanıstanda, Ermənistanda, Suriyada, Afrikada keçirilir? Əlbəttə ki, bu cür yarışlar dünyanın ən inkişaf etmiş ölkələrində keçirilir, bu cür yarışlara ev sahibliyi edir. “Formula-1” yarışının Azərbaycanda keçirilməsi ölkəmizin inkişafından, sabit və sakit dövlət olmasından xəbər verir. Bu inkişafdan narahat olan qüvvələr isə hay-küy salıb, uğurlara kölgə salmağa çalışırlar. Yəni müxalifət qüvvələri milli maraqlara əks addımlar atırlar. Təəssüflər olsun ki, müxalifət qüvvələri Azərbaycanı istəməyən qüvvələrin maraqlarına xidmət edirlər. Amma onların nə deməsindən və nə etməsindən asılı olmayaraq bu qüvvələr heç nəyə nail olmayacaqlar. Müxalifətin iflası qaçılmazdır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə