"Breyn rinq" intellektual bilik yarışı keçirilib

"Breyn rinq" intellektual bilik yarışı keçirilib


Dünən Masallı rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı "Breyn rinq" devizi altında gənclər arasında intellektual bilik yarışı keçirilib.
ASAN İntellektual İnkişaf Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Masallı rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov Ümummilli Lider Heydər Əliyevin keçdiyi və hər bir gəncə örnək ola biləcək şərəfli ömür yolundan danışdı. Bildirib ki, bu uğurlu siyəsətin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev həmişə gənclərə diqqət və qayğı ilə yanaşır. Məhz bunun nəticəsidir ki, bu gün gənclərimiz nəinki ölkədə, ümumiyyətlə, ölkə hüdudlarından kənarda da respublikamızı layiqincə təmsil edirlər.
Tədbirdə rayon təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək, Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə elmə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı gördüyü işlərdən söz açdı.
Gərgin və maraqlı şəraitdə keçən bilik mübarizəsində gənc müəllimlərlə yanaşı, ASAN könüllülərdən ibarət bir komanda da öz intellektual bilik səviyyələrini sınamışlar. Yarışın sonunda I yeri "Viktoriya" komandası ( Ağazadə Şəlalə, Əsgərova Gülər , Əhmədov Şahin , Dadaşlı Orxan , Cəfərli Xalis , Ağayeva Sara ), II yeri "Uğur" komandası (Əbülfəzova Sevil , Novruzov Qorxmaz, Qurbanov Ceyhun, Alışlı Əli, Zeynallı Tağı, Əsgərli Nahidə), III yeri isə "Xəmsə" komandası (Möhsümova Aytən, Cəfərli Günel, Abdullayev Abdulla, Mahmudova Röya, Quliyev Ümid, Kərimli Şəmruz) tutmuşdur.
Qalib komandalar rayon gənclər və idman idarəsi tərəfindən kubok və diplomlarla mükafatlandırılmışdır.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə