Hökumətin ən böyük problemlərindən biri də odur ki, bir çoxları hələ də ictimai xadimdən siyasətçiyə çevrilə bilmir. SİA xəbər verir ki, Ermənistana məxsus aysor.am saytının məlumatına görə bu barədə jurnalistlərlə görüş zamanı bu gün siyasi məsləhətçi Karen Koçaryan bildirib.
"Bu, tez bir zamanda olduqca ciddi problemlərə gətirib çıxaracaq və bu zaman da özünü çox gözlətməyəcək. Ən qısa zamanda alternativ qüvvələr formalaşacaq və bu, mövcud hökumətə qarşı ciddi bir müxalifət olacaq" - deyə K.Koçaryan bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistanda nə baş verirsə hakimiyyət bəyan edir ki, bunun arxasında əks-inqlabi Respublikaçılar Partiyası və Robert Koçaryan dayanır.
"Unudun! Pespublikaçılar və Robert Koçaryan yaxın zamanda qayıda bilməz. Amma bu o demək deyil ki, onlar işləmirlər və onların həmin siyasi çəkiləri yoxdur", deyə K.Koçaryan bildirib.
K.Koçaryan həmçinin vurğulayıb ki, parlamentdən kənar qüvvələr və müxtəlif güclər də peyda ola bilər və mütləq müxalifət doğulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB