"Ökəmizin uğurlarını gözü götürməyənlərin cəhdləri iflasa məhkumdur" MÖVQE -ÖZƏL
"Formula-1 dünyanın ən populyar idman yarışlarından biridir. Bu yarışları yüz milyonlarla insan izləyir. Yarışları canlı izləmək üçün minlərlə turist ölkəmizə gəlir. Araşdırmalar göstərir ki, "Formula 1" yarışlarını izləmək üçün ölkəmizə gələn əcnəbilərin sayı ildən ilə artır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Quliyev deyib.
Bu cür yarışların keçirilməsi nəticəsində həm iqtisadi gəlirlərimizin artdığını, həm də turizm imkanlarımızın genişləndiyini deyən deputat bildirib ki, Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarına ev sahibliyi etməsi təsadüfi deyil. Onun sözlərinə görə, buna əsas səbəb ölkəmizin sosial-iqtisadi inkişafı, sabitlik və təhlükəsizlikdir.
E.Quliyev deyib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Azərbaycan dünyada sabitlik adası kimi qəbul olunur: "Bu mənada, çoxsaylı beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi üçün ciddi əsasları var. Təəssüf ki, ölkəmizin uğurlarını gözü götürməyən müəyyən dairələr Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Son günlər onlar yenə də qarayaxma kampaniyası aparırlar. Amma bu dairələr bilməlidir ki, belə cəhdlər hər zaman iflasa məhkumdur. Çünki Azərbaycan xalqı onların gerçək niyyətlərini yaxşı bilir və ölkəmizdə sabitliyin pozulmasına heç vaxt imkan verməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB