Xədicə İsmayıl: "Sevinc Osmanqızının internet üzərindən hazırladığı verilişlərin sponsoru eks-spiker Rəsul Quliyevdir"
Yenə də Azərbaycan əleyhinə pula satılanların növbəti davası başlandı. Özünü "araşdırıcı jurnalist" hesab edən erməni xislətli X.İsmayılla "Amerikanın səsi"ndə Azərbaycan dövləti əleyhinə çıxışlar edən S.Osmanqızı arasında baş verən dava yenə qrant üstündə olub. Xədicə İsmayıl Sevinc Osmanqızının internet üzərindən hazırladığı verilişlərin sponsorunun eks-spiker Rəsul Quliyev olduğunu bildirib. O da, qarşı tərəfi qrantları təkbaşına yeməkdə suçlayıb.
Ən maraqlı məqam isə, hər işdə kələkbaz olan bu qrant yalaqları söyüşləri də "yağ kimi" qəbul edirlər, üzlərinə tüpürsünlər təki qrant alsınlar. Əxlaqsızlıq və mənəviyyatsızlıq budur. Bu siyasi dəllallar üçün heç vaxt dövlət, vətən, xalq amili mövcud olmayıb. Müəyyən erməni lobbilərinin təsirləri altında fəaliyyət göstərən donor təşkilatlarla da gizli iş görən bu ünsürlər erməni dəyirmanına su tökməklə, erməni çörəyi yeyənlərdir.
Xədicə İsmayıl-Sevinc Osmanqızı savaşına qoşulan Aslan İsmayılov - Qurban Məmmədov savaşı
Görünür, bu xəmir hələ çox su aparacaq. Saqqız kimi çeynəndikcə, uzanan qrant savaşına qoşulan "hüquq müdafiəçisi" Aslan İsmayılov və Qurban Məmmədov arasında qarşıdurma yaranıb. Məqsəd birdir - Avropa küçələrindən qrant yığmaq və qarınlarını doyuzdurmaq. Bu qədər bəsit bir olay. Elə bu səbədən də, özünü "hüquq müdafiəçisi" hesab edən A.İsmayılov qranta görə ağzını açır, nə açır. Bir də A.İsmayılov hansı "siyasi məhbus"un vəkili olub? Heç birinin. Aslan və onun kimilərinin nə mənəvi nə də siyasi haqqı var ki, illərdi bütün çətinliklərə sinə gərib, mövqeyində qalan insanlara bir söz deməyə?
Qurban Məmmədov: "İkiüzlü Aslan İsmayılov müxalifətin qəbirqazanıdır"..
Q.Məmmədov A.İsmayılovu müxalifətin qəbirqazanı adlandırıb: "Bu, o A.İsmayılovdur ki, nə müxalifət təəssübünü çəkir, nə demokratiya mücahididir. Onların heç birini xalqın rifahını və ölkənin inkişafını düşünən adam saymıram. A.İsmayılov, göründüyü kimi, "ənənəvi" müxalifətin qəbirqazanıdır. O, tamahkar və pul hərisidir. Nə yaxşı "vəkildir", nə normal ziyalı, nə də əqidəsi olan birisidir. A.İsmayılov, sadəcə, marionetkadır, oyuncaqdır, kukladır və bunu tam məsuliyyətimlə deyirəm. Bəsit R.Quliyevin primitivliyinin təkrarıdır.
Bax, budur uzun illər Amerikada yaşayan "siyasi mühacir"lərin xəyanətkarlığı. Bu parazitlər hesab edirlər ki, ermənilər bizim düşmənimiz deyil, çünki üzlərinə tüpürüb, 5-10 qəpik aldıqları yer vap. Bu baxımdan, bu parazitlər sosial şəbəkələr vasitəsilə erməniyə olan sevgilərini açıq-aşkar bəyan etməklə, əsl simalarını göstərmiş olurlar. Çünki belələrinin damarlarında illərlə xəyanətkar qanı axıb. Lənət olsun bu xəyanətkarlara!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB