“Respublika partiyasında canlanma var, Sarkisyan görüşlər keçirir”

“Respublika partiyasında canlanma var, Sarkisyan görüşlər keçirir”

Ermənistanın Respuiblika Partiyasının (ERP) ofisində son vaxtlar yaranmış sükut canlanma ilə dəyişilib. SİA xəbər verir ki, bu barədə ölkənin “Hraparak” qəzeti yazır. “Bağlı qapılar yoxdur, hər kəs gec saatlara qədər ofisdə oturur, çünki Serj Sarkisyan bütün günü orada görüşlər keçirir”, deyə yazan erməni nəşri əlavə edir ki, dəhlizlərdə “getmişlər” də gözə dəyirlər və onlar aramla geri dönməyə başlayıblar, lakin partiyanın sədri heç də onların hamısını qəbul etmir.

“Hraparak” onu da yazır ki, ERP-yə Rusiyadan olduğu kimi, Qərb emissarları da maraq göstərməyə başlayıblar. “Ona görə ki, protokoldan kənar formatda parlament gücləri ilə müəyyən “kommunikasiya problemləri” var”, qeyd edən erməni qəzeti digər maraqlı nüansa da toxunub: “Yeri gəlmişkən, ERP-nin ofisində daha katiblik və sürücülər yoxdur, deyirlər ki, bunun üçün “maliyyə sıxıntısı” yaranıb”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə