YAP Səbail GB-nın yeni sədri seçilib YENİLƏNİR

YAP Səbail GB-nın yeni sədri seçilib YENİLƏNİR

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı Gənclər Birliyinin V Hesabat-seçki konfransı keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev açaraq konfransın əhəmiyyətindən danışıb.

Daha sonra Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsi haqqında videofilm nümayiş olunub.

YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov tərəfindən IV konfransdan keçən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi səsləndirilib. Hesabat məruzəsi ətrafında isə YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP GB Ofisinin koordinatoru Elmar Məmmədov, Qərbi Kaspi Universitetinin tələbəsi Fuad Heydərli çıxış ediblər.

Sonda təşkilati məsələlərə baxılıb və Ayxan Həsənov YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə