Emin Milli yenə də antimilli çağırışlar edir
Hər kəsə xaricdə məskunlaşmış "mühacir şəbəkəsi"nin anti-Azərbaycan mövqeyi, öz vətənlərinə, dövlətlərinə qarşı çıxmaları, çox çirkin kampaniya aparmaları məlumdur. Bu, hərəkət ölkə ictimaiyyəti tərəfindən çox böyük qınaqla qarşılanıb. Fakt budur ki, "mühacir şəbəkəsinə" məskunlaşdıqları ölkələrdəki Azərbaycanı sevməyən bəzi dairələr də dəstək verirlər. Zaman-zaman sapı özündən olan baltalarımız bütün normaları və sərhədləri aşaraq, separatçı çıxışlar da edirlər.
Erməni lobbisinin dəstəyindən bəhrələnən Emin Milli və Xədicə İsmayıl kimi xəyanətkar əməllərindən əl çəkmirlər. Belə şəxslərin isə, Azərbaycan əleyhinə kampaniyalar təşkil etmələri normal müxalifətçilik mövqeyində olan tərəflərin də hiddətinə səbəb olmaqdadır.
"Meydan" TV rəhbəri xəyanətkar və satqınçılıq fəaliyyəti ilə məşğuldur"
Avropada mühacir həyatı yaşayan Zamiq Məmmədov adlı soydaşımız "Meydan" TV rəhbərinin xəyanətkar və satqınçılıq fəaliyyəti ilə məşğul olduğunu söyləyib: "E.Milli heç də xaricdə Azərbaycanın milli maraqlarını qorumur, əksinə, düşmən dəyirmanına su tökməklə, bu maraqları ayaq altına atır".Artıq 13 ildən çoxdur ki, Avropada yaşadığını deyən Z.Məmmədli bildirir ki, hazırda Çexiya vətəndaşlığını daşımaqdadır. O, bu ölkədə siyasi şərhçi kimi fəaliyyət göstərir: "Ancaq bu gün E.Millinin, hansı məsləkə qulluq etliyi bəlli olmadığı kimi, sağlam düşüncəyə də malik deyil. Bu gün "insan haqlarının müdafiəsi" E.Milli üçün artıq siyasi "biznes" predmetinə çevrilib və bu istiqamətdə fəaliyyət aparır". ".tınması istiqamətində təbliğat işləri aparır.
Müşfiq Ələsgərli: ""Siyasi mühacir"lər idarə olunanlardır"
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli "siyasi mühacirlərin" müəyyən qüvvələr tərəfindən idarə olunduğunu deyib: "Onlar özbaşına deyillər. "Siyasi mühacir"ləri ölkəmizə qarşı hürdürən qüvvələr var. Elə bunun qarşılığında da maraqları təmin olunur. Yəni onlar Azərbaycana qarşı şər-böhtan kampaniyası atmaqla, xarici donor təşkilatlarından və Azərbaycanda siyasi sabitliyin pozulmasında maraqlı olan qüvvələrdən maliyyə yardımı alırlar. Yəni bunların marağı bu səviyyədədir ki, sifariş verənlərin sifarişini yerinə yetirsinlər, Azərbaycanda ictimai rəyi çaşdırsınlar, sabitliyin pozulmasına nail olsunlar və bunun qarşılığında sifariş verənlərdən külli miqdarda maliyyə vəsaiti alsınlar. Bu, açıq-aşkardır, yəni bütün bu gedən proseslər bunu göstərir və onların həm təbliğatı, həm ara dövrdə bir-birlərinə qarşı apardıqları mübarizə göstərdi ki, onların maraqları, əslində, vətəni satmaqla və bu cür çirkin işlər görməklə, sadəcə pul qazanmaqdır".Xarici anti-Azərbaycan qüvvələrin əlində oyuncağa çevrilən, qul psixologiyalarından yaranan erməni sevgilərini, fürsət düşdükcə, açıq-aşkar nümayiş etdirənlər unudurlar ki, onlar yaxın zamanlarda ictimaiyyət tərəfindən ən böyük cəzaya məhkum olacaqlar. Onu da unudurlar ki, Vətənə, xalqa xəyanət heç kimə başucalığı gətirə bilmədiyi kimi, heç vaxt da bağışlanılmayacaq. Ən əsası isə, itirilmiş mənəviyyatlarını milyonlar xərcləsələr də, bərpa etmək imkanında olmayacaqlar. Bu gün bu əxlaqsız Bəxtiyar Hacılının da yenidən "meydana" həyasız və iyrənc üsullara böhtan yağdıraraq, bu əxlaqsız sosial şəbəkələrdə Azərbaycana qarşı "savaş" açmaq tapşırığını yerinə yetirir. Ancaq bir həqiqəti anlamır ki, nə qədər erməni sevgilərini nümayiş etdirsələr də, heç nə dəyişməyəcək. Çünki Avropa ölkələrinə sığınan və kif atmış təfəkkürlü bu əxlaqsız və bədbəxtlər ancaq idarə olunurlar. Zamanın hakimliyi, tarixin yaddaşı fonunda düşmən dəyirmanına su tökən belə ünsürlər bir reallığı da anlamalıdırlar ki, daim qınaq obyektinə çevriləcək, tarixin zibilxanalarının sakinləri kimi iylənərək, üfunət qoxusu verəcəklər. Çünki antimilli ünsürlər bu adı xəyanətləri ilə qazanıblar.Dövlətimizin başçısı İlham Əliyevin səsləndirdiyi "Bu gün biz beynəlxalq arenada bütün məsələlərlə bağlı öz sözümüzü deyirik. Nəyə görə? Əlbəttə ki, güclü siyasi iradəyə görə, cəsarətli siyasətə görə, amma eyni zamanda, maliyyə imkanlarımıza görə. Əgər bu imkanlar olmasaydı, əgər biz bəzi ölkələr kimi, xarici donorlardan asılı olsaydıq, əgər biz yoxsul, səfil Ermənistan kimi orda-burda dilənsəydik, onda əlbəttə ki, bizim müstəqil siyasət aparmaq imkanımız da olmaya bilər, yaxud da ki, bu imkanlar məhdud ola bilərdi. Ona görə iqtisadi güc, maliyyə resurslarımız siyasi müstəqilliyimizi daha da möhkəmləndirir" fikirləri düşmən dəyirmanına su tökənlərə, həmçinin, onlara böyük məbləğdə maliyyə yardımı təklif edib, onları dövlətinə və xalqına qarşı xəyanət yolu tutmağa sövq edən dairələrə tutarlı cavabdır.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB