“Azərbaycanda həyata keçirilən iqtisadi islahatları qiymətləndirərkən diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın 2015-ci ilədək ölkə infrastrukturunu həyata keçirməsidir. Bu ildən sonra həyata keçirilən islahatlar isə özünü daha çox formalaşdırılan infrastrukturun dəyərə çevrilməsi və islahatların yeni keyfiyyət mərhələsinə qədəm qoyması ilə ehtiva etdi”. Bu fikirləri SİA-ya iqtisadçı ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, 2018-ci ilin aprel ayından sonra, yəni son 1 ildə həyata keçirilən islahatların dairəsi kifayət qədər böyüyüb: “Bu müddət ərzində həyata keçirilən islahatların beynəlxalq qiyməti də, digər illərlə müqayisədə daha fərqlidir. Görülən işlər nəticəsində Azərbaycan Dünya Bankının hazırladığı “Doing Business 2019” hesabatında dünyanın 25 ən yaxşı investisiya mühitinə malik olan, eyni zamanda 10 ən çox islahat aparan ölkələr sırasına daxil olub. İnvestisiya mühitinə görə, dünyada 25-ci olmaq praktiki olaraq son 1 ildə aparılan beynəlxalq qiymət kimi də xarakterizə oluna bilər”.
Ekspert söyləyib ki, yalnız Dünya Bankı deyil, eləcə də digər qurumların, Davos İqtisadi Forumu tərəfindən hazırlanan Qlobal Rəqabətlilik hesabatında da Azərbaycanın mövqeyinin daha da yaxşılaşması müşahidə olunur: “Hesabata görə, Azərbaycan inklüziv inkişafa görə, dünyanın inkişaf etməkdə olan ölkələri arasında ilk üçlüyə daxildir ki, bu da MDB məkanı və eləcə də regionda ən yaxşı göstərici kimi xarakterizə olunur”.
Son il ildə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara diqqəti çəkən V. Bayramov qeyd edib ki, 2018-ci ilin sonu və 2019-cu ilin əvvəllərində islahatların genişləndirilməsini müşahidə etdik, bunların hər biri idarəetmə sistemində çevikliyin artırılmasına xidmət edən islahatlardır: “Həyata keçirilən müşavirələr zamanı Ölkə başçısı tərəfindən iqtisadi islahatlarla bağlı müəyyənləşdirilən istiqamətlərdən biri gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsidir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həm vergi, həm gömrük sistemi ilə bağlı fəaliyyətin şəffaflaşdırılması istiqamətində konkret tapşırıqları oldu. Nəticədə 2018-ci ildə gömrük sistemindən dövlət büdcəsinə daxil olmalarda kəskin artım müşahidə olundu, 2019-cu il Azərbaycanda yeni vergi islahatları ilə başladı. Bir tərəfdən mikro və kiçik sahibkarlara yeni güzəştlərin tətbiq edilməsi, gəlir vergisinin 7 il müddətinə sıfırlanması, qeyri-neft sektorunda çalışanların gəlir vergisindən azad olunması, həm də qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində həyata keçirilən islahatların tərkib hissəsi idi. Bundan başqa son 1 ildə iqtisadiyyatın daha da şəffaflaşması, liberallaşması, elektron xidmətlərdən daha çox istifadə edilməsini müşahidə edirik ki, burada məqsəd vətəndaş məmur münasibətlərinin minimuma endirilməsidir"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB