Eldar Əzizov: “Gəncədə qanunsuz tikilən avtomobil qarajları söküləcək”

Eldar Əzizov: “Gəncədə qanunsuz tikilən avtomobil qarajları söküləcək”

"Gəncə şəhərində qanunsuz tikilən avtomobil qarajları söküləcək". SİA-nın bölgə müxbiri xəbər verir ki, bu barədə KİV nümayəndələrinə açıqlamasında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə aidiyyəti qurumlara tapşırıq verilib və işlər davam etdirilir. "Gəncədə rəsmi olaraq 70 min avtomobil qeydiyyatdadır. Hər kəs istədiyi yerdə, istədiyi kimi, icazəsiz qaraj tikirsə bu qanuna ziddir. Sonradan həmin vətəndaşların qonşuları üzləşdikləri problemlərlə bağlı bizə müraciət edirlər. Qaraj yerinə uşaqlar üçün oyun meydançaları, nümunəvi məhəllələr tikilə bilər. Mən birmənalı şəkildə bildirirəm ki, Gəncədə bütün qanunsuz tikililər söküləcək. Onu da qeyd edim ki, qanunsuz tikililər təkcə Gəncədə mövcud deyil. Qaraj dövrü bitib və bu məsələ sosial yönümlü problem kimi qəbul olunmur", E. Əzizov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə