Avropa İttifaqı 2020-ci il 13 aprel tarixinə qədər bu ölkədə insan hüquqlarının pozulması ilə əlaqədar İrana qarşı sanksiyalar tətbiq edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurası məlumat yayıb.
"Bu gün Şura ciddi insan hüquqlarının pozulması ilə əlaqədar İrana qarşı qəbul etdiyi sanksiyaları 1 il müddətinə, yəni 2020-ci il 13 aprel tarixinə qədər uzadılması ilə bağlı qərar qəbul edib. Sanksiyalarda 82 və 1 təşkilatın aktivlərinin dondurulması və səyahət qadağası öz əksini tapıb", - deyə məlumatda bildirilir.
Bununla yanaşı, İrana daxili təzyiq üçün istifadə edilə biləcək və telekommunikasiya monitorinqi üçün avadanlıqların ixracaatı da qadağan edilib.
Qeyd edək ki, İrana qarşı sanksiyala ilk dəfə 2011-ci ildə tətbiq olunub. Bu sanksiyaların müddəti hər il yenilənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB