Dövlət siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır FOTOLAR
Bu gün YAP Yasamal rayon təşkilatında Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə növbəti dəfə Prezident seçilməsinin 1 illik fəaliyyəti və son 3 ay ərzində dövlət başçısının gördüyü işlərə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Prezidentin son 1 il ərzində gördüyü işlərə nəzər salıb. Qeyd edib ki, ölkənin inkişafında əsas rol oynayan sabitliyin möhkəmlənməsi Azərbaycanda iqtisadi imkanların genişlənməsi üçün biri-birindən əhəmiyyətli layihələrin icrasını sürətləndirir: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etdirilməkdədir. Bu iqtisadi inkişaf ölkəmizdə mütərəqqi sosial siyasətin həyata keçirilməsi, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətlidir. Sosial siyasətin uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq, sosial müdafiə və təminat sistemi gücləndirilib".
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kurs bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır. 2019-cu ilin əvvəlindən başlayaraq, respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirilib. Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ülvi Quliyev qeyd edib ki, Azərbaycanda son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində, bütün sahələrdə tarixi əhəmiyyətə malik olan möhtəşəm nailiyyətlər əldə olunub: "Dövlət başçısının siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq, ölkəmizdə cari ilin əvvəlindən sosial sahədə çox ciddi addımlar atılıb. Həqiqətən də, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə və əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Bu, ilk növbədə, ölkə başçısının, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür".
Tədbirdə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev 3 il əvvəl baş verən aprel döyüşlərinə nəzər salaraq silahlı qüvvələrimizin işğalçı ermənilərin təxribatlarının qarşısının alınmasında qəhrəmanlıq göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, aprel zəfəri Azərbaycan Ordusunun qələbəsi kimi tarixə düşdü və Ermənistanın təcavüzkar siyasətini iflasa uğratdı: "Həmin dövrdən artıq 3 il ötür. Aprel zəfəri ordumuzun, silahlı qvvələrimizin gücünü, vətən uğrunda hər an fədakarlığa hazırlığını göstərmiş oldu. Azərbaycan Ordusu işğal altında olan torpaqlarını azad etməyə qadir olduğunu göstərdi".
B.Quliyev vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi, qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliği sahəsində ardıcıl işlər görülür: "Bu gün dünyanın ən müasir və inkişaf etmiş ölkələri sırasında siyasi və iqtisadi çəkisinə görə, yer alan Azərbaycan dünyanın ən nəhəng ölkələri ilə müqayisə olunacaq dərəcədə işlər görüb. Müasir modern dövlət olaraq tanınan ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, getdikcə daha da yenilənir, iqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir".
Tədbirdə çıxış edən millət vəkili Elşad Həsənov son illərdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlara nəzər salaraq, əldə olunan uğurlardan danışıb. Qeyd edib ki, Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır: "Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. Bir sözlə, sosial sahədə ardıcıl tərzdə həyata keçirilən layihələr, onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir".
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Prezident İlham Əliyevin gördüyü işlərdən söz açıb. Bildirib ki, Prezidentin həyata keçirdiyi sosial-iqtisadi siyasət vətəndaş amilinə söykənib: "Dövlət tərəfindən aparılan sosial-iqtisadi islahatlar hər bir azərbaycanlının ailəsində hiss olunur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Bildiyimiz kimi, 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına və hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır".
Tədbirdə çıxış edən gənc fəal, Bakı Dövlət Universitetinin tələbəsi Vəfa Mürsəlzadə çıxış edərək, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılı olduğunu bildirib: "Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Bu yaxınlarda Azərbaycanda təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan məlum sərəncamlar və Fərman dövlət-gənclər siyasətinin məntiqi davamıdır".
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB