Ermənistan Apellyasiya Məhkəməsində bu gün hakim Ruzanna Baqdasaryanın sədrliyi ilə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətinin iki ay daha uzadılması üçün birinci instansiya məhkəməsinin qərarına baxılmasına start verilib. SİA Ermənistana məxsus aysor.am saytının məlumatına istinadən xəbər verir ki, KİV-lərin yayımladıqları məlumatlara əsasən, hakim Ruzanna Barseqyan öz hakimiyyəti dövründə Robert Koçaryan tərəfindən təltif də edilib.
Məhkəmə iclasının başlanmasından əvvəl jurnalistlər Robert Koçaryanın vəkili Hayk Alumyandan bu məlumatın doğru olub-olmadığı barədə də soruşublar.
"Mən də eşitdim ki, o, cənab Kocharyan tərəfindən təltif edilib. Cənab Koçaryan bunu xatırlamır. Amma dəqiq bilirəm ki, o eyni zamanda ABŞ səfirliyi tərəfindən də təltif edilib. Bütün bunları nəzərə aldıqda aydın olur ki, əgər təltif olunubsa deməli o yaxşı bir hakimdir", - deyə vəkil cavab verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB