İlham Əliyev bir daha sübut etdi ki, hər bir azərbaycanlının prezidentidir
Artıq bir neçə gündür "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Etiraf edək ki, bu, sıradan bir hadisə deyil. Mərkəzdə ticarətlə məşğul olan yüzlərlə iş adamının malları yanıb külə dönüb, onlar külli miqdarda ziyana düşüblər, işsiz, qazancsız qalıblar.
Lakin hər zaman olduğu kimi, bu dəfə də Prezident İlham Əliyev dövlət vətəndaşlarına arxa durdu, sahibkarları sahibsiz qoymadı. Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə çıxışı zamanı Azərbaycanda güclü sosial siyasətin aparıldığını və bu siyasətin davamlı olduğunu söylədi və vurğuladı ki, dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.
Həqiqətən də, dünyanın indiki vaxtında öz vətəndaşlarına bu səviyyədə dayaq olan, bu dərəcədə humanist yanaşan, bu qədər güzəşt edən ikinci bir dövlət başçısı tapmaq çətindir. Fikir verin, sel gəlir dövlət oradadır, harada zəlzələ baş verir dövlət operativ tədbirlər görür, harada yanğın olur dövlət yenə də vətəndaşlarını tək qoymur. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti hər bir vətəndaşının və sahibkarların yanındadır və bu, olduqca humanist addımdır.
Xalqla birbaşa təmasda olan Prezident
Son 16 il müddətində daima xalqla birbaşa təmasda olan Prezidenti İlham Əliyev istər xarici siyasətlə bağlı fəaliyyətdə, istərsə də daxili idarəetmədə sadə vətəndaşlara söykənir: "Mən bütün azərbaycanlıların prezidentiyəm" şüarını gerçəyə çevirir.
Çünki Azərbaycan Prezidenti İlham Əliyev on altı illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Və bu gün də bunun şahidiyik. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Bu gün Azərbaycan artıq dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. Ordumuz dünyanın ən güclü 50 ordu sırasında yer alır. Ən əsas faktor isə Azərbaycan brendi - "ASAN xidmət" təcrübəsi bir sıra ölkələr tərəfindən öyrənilir, tətbiq edilir.
Bir sözlə, bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin son 16 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Onu da qeyd edim ki, dövlət başçımızın bu addımı həm vətəndaşların yanında olmaqla yanaşı, həm onların problemlərini həll etmək, həm də əslində sahibkarlığa dəstək verməkdir. Bu isə, xalq-iqtidar birliyinin ən gözəl, ən bariz nümunələrindən biridir.
"Sahibkarlar bilsin ki, dövlət daim onların yanında olacaq"
Ddövlət başçısı İlham Əliyevin müşavirədə bildirib ki, dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək. Bu, bir daha Prezidentin insan amilinə verdiyi böyük önəmi bariz nümunəsidir. Dövlət başçısı oqu da bildirib ki, Azərbaycan çox güclü sosial siyasət aparır: "Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunur. Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur. Təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir. Bu bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə, baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik".
Bir sözlə, dövlətin heç bir sosial-iqtisadi, maliyyə öhdəliyi olmadığı halda, yanğın nəticəsində zərər çəkmiş sahibkarlara dəstək nümayiş etdirməs. birn daha Prezident İlham Əliyevin çətin anlarında sahibkarların yanında olduğunu göstərdiyini bir daha sübut etdi. Beləliklə, bütün bunlar onu bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifah halı, sosial müdafiəsi dayanır
Mehriban ABASQULİYEVA,
YAP Sabunçu rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB