“Artıq ATƏT-in Minsk Qrupunun missiyası qəbuledilməz həddə gəlib çatıb. Apardığım araşdırmalar, analizlər, təhlillər göstərir ki, ATƏT Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində ikili standartla fəaliyyət göstərir. Hətta deyərdim ki, daha çox xristian həmrəyliyi göstərərək Minsk Qrupunun həmsədri olan hər üç dövlət Ermənistanı dəstəkləyir”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan sülh siyasətindən əl çəkmir. O mənada ki, yəni bizi başqa şeylərdə ittiham etməsinlər: “Cənab Prezident İlham Əliyevin bu sahədə yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyirəm. Paşinyan kifayət qədər həm aqressivdir, həm də siyasətdən uzaq bir adamdır. Paşinyanın hərəkətləri bizə AXC-nin hərəkətlərini xatırladır. Amma təbii ki, burada danışıqlar masasına ərazilərin ən azı bir hissəsinin sülh yolu ilə qaytarılması məsələsi gələcək. Yəni işğal olunmuş ətraf rayonların qeyri-şərtsiz qaytarılması məsələsi dayanır. Cənab Prezidentin qəti mövqeyidir ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar gedə bilər. Ermənistan çalışacaq ki, yenə də məkrli siyasətini yürüdəcək”.
Qeyd edək ki, ötən gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələləri müzakirə olunub.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn prinsiplərinə uyğun Dağlıq Qarabağ münaqişəsinin mövcud format əsasında həllini dəstəkləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB