İrəvan ABŞ-Azərbaycan əlaqələrinə görə təşviş icindədir TƏHLİL

İrəvan ABŞ-Azərbaycan əlaqələrinə görə təşviş icindədir TƏHLİL

ABŞ son illərdə kosmosun mənimsənilməsində Bakının əsas tərəfdaşına çevrilir. Ötən ilin dekabrında ABŞ Azərbaycana aviasiya-kosmik məhsulların da önəmli ixracını da təşkil edib ki, bu ekspertlərin də diqqətindən yayınan deyil. ABŞ-dan habelə mülki təyyarələr və onlar üçün komplektləyicilər də alınması məsələsi ekspertlərin diqqətini cəlb edib və daha çox erməni mətbuatında müşahidə olunur ki, erməni cəmiyyəti bu kimi məqamlardan çox narahatçılıq keçirir.

Politoloq, amerikaşünas Suren Sərkisyanın fikrincə, göstərilən məhsul formal olaraq mülki təyinatlı olsa da, istisna etmək olmaz ki, Bakı gələcəkdə ikitəyinatlı texnologiyalar almağa başlayacaq. Sərkisyan qeyd edir ki, örnək üçün uzağa getmək lazım deyil və Azərbaycan ötən il mülki “Bell-412” helikopterləri alıb və bunları hərbiləşdirib. Erməni politoloq “Sputnik Armeniya”ya müsahibədə deyib ki, münaqişə edən ölkələrə silah tədarükünü yasaqlayan bir sıra hüquqi normalar var. O qeyd edib ki, əgər ABŞ yenə də silah satmağa başlasa, bunu balanslı şəkildə etməlidir və ABŞ-ı Bakıya hərbi yardım göstərməyi qadağan edən 907-ci düzəliş qabakı kimi qüvvədədir.

Ölkəmizin təkcə aviasiya deyil, istənilən sahədə ABŞ-la tərəfdaşlığını işğalçılar heç cür həzm edə bilməzlər

Kosmosun mənimsənilməsində ABŞ-ın Azərbaycanın tərəfdaşına çevrilməsi sözsüz ki, erməni cəmiyyətini narahat etməyə bilməz. Ümumiyyətlə, ölkəmizin hərhansı müstəvidə tərəfdaşlığı işğalçı ölkənin yuxusunu ərşə çəkir və işğalçılar narahatlıqlarını gizlətmirlər də. Ələlxüsus ABŞ kimi fövqəl dövlətlə ölkəmiz arasındakı indi ermənilərin kürkünə birə salıb desək heç yanılmarıq. Yəni, ölkəmizin təkcə aviasiya deyil, istənilən sahədə ABŞ-la tərəfdaşlığını işğalçılar heç cür həzm edə bilməzlər.
Məsələ burasındadır ki, işğalçıların erməni mətbuatında təzahür edən narahatçılığı təkcə aviasiya səhəsində əməkdaşlıq, yaxud kosmosun mənimsənilməsində ABŞ-ın Azərbaycana tərəfsaş olması deyil. Bu məsələdə erməni cəmiyyətini narahat edən həm də Vaşinqtonun Bakı ilə aviasiya sahəsində tərəfdaşlığıdır. Daha dəqiq desək, ermənilər ölkəmizin aviasiya sahəsində daha da mükəmməl texnikalara sahib olmasından bərk naratdırlar.
Əslində, işğalçı dövlət onsuz da ölkəmizin hərbi qüdrətindən xəbərdardır və bunu heç cür qəbul edə bilmir. Ermənistan mətbuatında tez-tez dolayısı ilə ölkəmizin hərbi qüdrətini əks etdirən materiallara da rast gəlmək olur. Yəni, işğalçılar ölkəmizin hərbi gücünü, qüdrətini, ələlxüsus onlarla müqaisə olunmayacaq dərəcədə çox böyük olan imkanlarını açıq şəkildə etiraf edirlər. Azərbaycan tərəfi müharibəyə hazırlaşır deyə qorxuya düşmələri də əbəs yerə deyil. Bu qorxu qeyd etdiyimiz etirafın tam aydın şəkildə təzahürüdür.
İndi təsəvvür etmək heç də çətin deyil ki, niyə erməni mediası ABŞ-la Azərbaycanın tərəfdaşlığından belə ağız dolusu yazır və bunu qınamağa çalışır. Bəzən bunun mümkünsüz olduğunu iddia edir, bəzən balanslaşdırılmış şəkildə aparılmasının vacibliyini ortaya qoyur, bəsən isə 907-ci düzəlişi bəhanə etməyə cəhd edir.

İşğalçılar yaxşı başa düşürlər ki, indi ABŞ Ermənistan deyil, Azərbaycanla əlaqələrə, tərəfdaşlığa maraqlıdır

Yeri gəlmişkən, Azərbaycana dövlət səviyyəsində Amerikanın yardım göstərməyini məhdudlaşdıran “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin təsirini dayandırmaq üçün ABŞ prezidentinin öz səlahiyyətlərindən istifadə edə biləcəyini Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton da keçən ilin oktyabrında bildirib. Elə məhz bundan sonra erməni ekspertlərin əl-ayağa düşməyəsini başa düşmək də çətin deyil. Ekspertlərin çoxu o zaman bu bəyanatı Bakıya silah satışı üçün Vaşinqtonun əl-qolunu açmaq cəhdi kimi dəyərləndirirdi. Yəni, erməni, yaxud ermənipərəst ekspertlər ABŞ-ın Azərbaycanla tərəfdaşlıqlarını, Con Boltonun sözügedən fikirlərini Amerikanın ölkəmizə silah satışı planı kimi təqdim etməyə cəhd edirdilər. Erməni əsilli ekspertlər ən azından bu cəhdləri ilə hələ də narahatlıqlarını ifşa edir və qorxularını gizlədə bilmirlər.
Erməni politoloq Sərkisyanın indi bar-bar bağırır ki, ay aman, ABŞ bütünlükdə kosmosun mənimsənilməsində son illərdə Bakının əsas tərəfdaşına çevrilir. Hay-küy salır ki, Azərbaycan ABŞ və Fransa ilə birlikdə kosmos sahəsində bir sıra layihələr gerçəkləşdirirlər. Hətta ölkəmizin son illərdə orbitə bir neçə sputnik buraxmasını da son dərəcə aqressiv şəkildə şərh edir və öz narahatlığını gizlədə bilmir. Nəyə görə bu erməni politoloq belə narahatdır və səbəb nədir ki, Azərbaycanın aviasiya məsələləri bir tərəfə sputnik buraxması da belə qorxu doğurur?
Sərkisyan ehtimal edir ki, bu sputniklər lazım olduğu anda Ermənistana qarşı istifadə olunacaq. Hətta etiraf da edir ki, rəsmi İrəvan bu şəraitdə ABŞ və Azərbaycanın aviasiya və kosmos sahəsində işbirliyinə praktik mane ola da bilmir. Ermənistan dövlətinin bunun üçün resurs və imkanlarının son dərəcə az olduğunu da açıq şəkildə etiraf edir. Çox gülünc olan məqam isə ondan ibarətdir ki, Politoloq Suren alınan malların ikili təyinatının təsdiqlənəcəyi təqdirdə ABŞ-dakı erməni lobbiçilik strukturlarının mane olmaq üçün müəyyən iş görəcəyini belə dilə gətirir. Doğrudur, bununla o əslində, narahatlığını ifadə edir, amma unutmaq lazım deyil ki, eyni zamanda erməni simasını da açıq şəkildə ortaya qoyur. Yəni, erməni lobbiçilik strukturlarının hələ hansısa təxribata əl atacaqlarını deməklə hədə-qorxu, təhdid üsullarından da istifadə etməkdən çəkinmir.
Məsələ burasındadır ki, belə hədə-qorxular, sanksiyaya bənzər sözlər və yaxud təhdidlər ABŞ kimi fövqəl dövlətin vecinə də deyil. ABŞ-ın hansısa erməni toplumuna görə qorxuya düşəcəyinə heç erməni politoloqun özü belə inanası deyil və bunun cəfəngiyyat olduğunu özləri hamıdan yaxşı başa düşürlər. Onu da başa düşürlər ki, ABŞ yalnız öz mənafeyinə uyğun şəkildə siyasət yürüdür və hansı ölkə ilə tərəfdaşlıq onu maraqlandırırsa, həmin ölkə ilə də əlaqələrini genişləndirir. Yaxşı başa düşürlər ki, indi ABŞ Ermənistan deyil, Azərbaycanla əlaqələrə, tərəfdaşlığa maraqlıdır. Bu isə Azərbayvanın uğuru, nailiyyəti, ölkəmizin doğru siyasət yürütməsinin təzahürü olan növbəti qələbəsidir. Ermənistanın təşviş içində olması məhz buna görədir və əbəs yerə deyil ki, ABŞ-Azərbaycan əlaqələri erməni cəmiyyətində təşvişlə izlənilir. Haqlı olaraq İrəvan ABŞ-Azərbaycan əlaqələrinə görə təşviş icindədir və erməni cəmiyyəti yaxşı bilir ki, hələ bundan sonra daha böyük təlaş içində olacaq. Çünki, Azərbaycanın əlaqələri, tərəfdaşlıqları ölkəmizin apardığı doğru siyasət, nəticədə əldə etdiyi nailiyyətlər, uğurlar hesabınadır və bundan sonra daha geniş tərəfdaşlıqların yaranması, ölkəmizin gücünün daha da möhkəmlənməsi günün reallığıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə