Bu gün Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanas və onu müşayiət edən ProReNata Araşdırma İnstitutunun (Litva Respublikası) direktoru Maldeikis Evgeniyus və Praqmata Beynəlxalq Münasibətlərin İnkişafı İnstitutunun (San Marino Respublikası) direktoru Piero Skarpellini Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olublar.
SİA-nın xəbərinə görə, SAM-da keçirilən görüş zamanı qurumun rəhbəri Elxan Nuriyev qonaqlara Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti – nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verib.
Ölkələrimiz arasında bir sıra sahələrdə daha sıx əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu vurğulayan tərəflər, həmçinin humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə "beyin mərkəzləri" arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin iki ölkə arasında təmasların intensivləşməsinə zəmin yaradacağına əmin olduqlarını bildiriblər.
Daha sonra qonaqlar SAM-ın elmi işçiləri ilə görüşüblər, onlarla regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB