"Sosial siyasət proqramlar üzrə həyata keçirilir və daimi xarakter daşıyır" ÖZƏL-ŞƏRH
"Dövlət başçısı ilə vətəndaşlar arasında inam, etimad və etibar olduqda cəmiyyət, eyni zamanda dövlət də inkişaf edir. Bunun başlıca səbəbi heç şübhəsiz ki, Prezident tərəfindən həyata keçirilən siyasət və onun xalq tərəfindən dəstəklənməsidir. Hakimiyyət-xalq vəhdəti buradan ortaya çıxır. Bunu zəruri edən şərtlər çoxdur və həmin şərtlər Azərbaycanda təmin olunubdur. Bunun hüquqi, sosial, iqtisadi əsasları var və s. Ancaq bu planda önə çıxan ilk növbədə, Azərbaycan vətəndaşının rifahıdır, onun həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, bu siyasət daim Azərbaycan Prezidenti tərəfindən həyata keçirilib və bu gün də həyata keçirilir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
“Əgər biz bunu müxtəlif komponentlər üzrə qısaca səciyyələndirsək görəcəyik ki, burada əhalinin sosial rifahı ilə bağlı qəti qərarlar qəbul olunur və onların həyat keyfiyyəti yaxşılaşdırılır.Bir tərəfdən bu ümümi qaydada daimi aparılan sosial siyasətdir ki bu həm də Ermənistanının işğalı nəticəsində meydana çıxan bir milyondan çox qaşqın və məcburi köçkünlərimizin sosial problemləridir. Müharibə iştirakçıları və Şəhid ailələrinin sosial problemlərinin həllidir. Digər tərəfdən forsmajor dediyimiz hallar yəni fövqəladə hallar var ki, burada sosial problemlər daha çox qabarıq və gözlənilmədən ortaya çıxır. Yəni zəlzələ, torpaq sürüşməsi kimi və s. hallarda baş verən qəzalar nəticəsində sosial probemlər qeyri planlı şəkildə birdən önə çıxır. Bunun həll olunması üçün heç şübhəsiz ki, yerində operativ qərarlar qəbul etmək lazım olur. Bu zaman təbii ki , ehtiyat resursları səfərbər etməklə problemin aradan qaldırılması yolları axtarılır. Bir ay bundan öncə zəlzələ baş verdi və İsmayıllı, Ağsu və Şamaxıda xeyli evlər dağıldı, uçdu və yaxud qəzalı vəziyyətə düşdü. Burada söhbət bir yüzlərələ evdən gedir. Gördüyünüz kimi çox operativ şəkildə bu istiqamətdə üzrə Azərbaycan Prezidentinin göstərişi ilə bütün müvafiq qurumlar öz işlərini qısa müddətdə yerinə yetirdilər. Artıq hər kəsə bəllidir ki, nə qədər ev zədələnib, nə qədər ev qəzalı vəziyyətdədir və nə qədər ev sökülüb təmir olunmalıdır yaxud yenidən tikilməlidir. Həmin hadisədən bir ay ötüb və cənab Prezident yenidən İsmayıllı, Ağsu və Şamaxı rayonlarında oldu. Artıq şahidi oluruq ki, onlarla ev tikilir və tikilməsi başa çatmaq üzrə olan evlər var. Buna paralel olaraq bütövlükdə infrastruktur yenidən qurulur. Bu çox vacib amildir. Kommunikasiyaların qurulması isə ayrıca bir məsələdir və düşünürəm ki, buna da xüsusi diqqət yetirilir,-deyə, H.Babaoğlu bildirib.
Deputat əlavə edib ki, ötən illər ərzində Azərbaycan Prezidenti istər seçki təbliğatı-təşviqatı prosesində, istərsə də vaxtaşırı hökumətin hesabatı olduğu vaxtlarda daima önə çəkdiyi bir məsələ var: “Bu vətəndaşların rifahıdır, onların sosial problemlərinin həll olunmasıdır. Sosial siyasət Azərbaycanda planlı şəkildə proqramlar üzrə həyada keçirilir və daimi xarakter daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB