Suriyadakı "Rukban" qaçqın düşərgəsi ilə bağlı ABŞ-ın mövqeyi, Vaşinqtonun SAR-daki qanunsuz varlığına haqq qazandırması üçün lazım olduğuna dair düşüncə formalaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
Lavrov bildirib ki, düşərgədə sorğu aparılıb, oradakı insanların 95 faizi evlərinə könüllü olaraq dönmək istədiklərini bildirib. Nazirin sözlərinə görə, Suriya hökuməti qayıdan qaçqınların müvafiq həyat şəraitinin yaxşılaşdırılması işlərində fəal iştirak edəcəklərini açıqlayıb.
O bildirib ki, Rusiya ordusu Suriya hökuməti ilə birlikdə, onların qaçqın düşərgəsindən çıxa bilməsi üçün iki humanitar koridor təşkil edib: "Amma indi ABŞ qaçqınları bu düşərgədən azad etməyəcəyini bəyan etməyə başlayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB