Şamaxıda təbii qazla təmin olunan abonentlərin sayının 15 minə çatdırılacağı nəzərdə tutulub
Azərbaycan Respublikası Prezidentinin "2009-2013-cü illər Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) üzərinə mühüm vəzifələr qoyub. Şamaxı rayonunun qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu baxımdan xarakterikdir. Bu barədə SİA-ya ARDNŞ-ın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Sabir qəsəbəsində əsaslı təmir işləri aparılıb, 76 və 89 mm-lik aşağı təzyiqli qəsəbədaxili qaz kəmərləri çəkilib, qaz təminatının daha da yaxşılaşdırılması üçün məişət qaz sayğacları həyətlərdən küçələrə çıxarılıb, köhnə sayğaclar Almaniya istehsalı olan "Elestr" tipli qaz sayğacları ilə əvəz olunub. Eyni zamanda, Mədrəsə açıq qazpaylama stansiyasından Kələxana, Adnalı, Məlikçobanlı, Çaran, Nüydü, Osmanbəyli, Göylər, Çaylı, Bəylər, Quşçu və Dağ Bağırlı kəndlərinə 315 mm-lik polietilen borular vasitəsi ilə daşıyıcı qaz xəttləri çəkilib. Mədrəsə qəsəbəsindən Quşçu kəndinə kimi 35505 metr uzunluğundakı orta təzyiqli qaz xəttinin çəkilişi isə başa çatmaq üzrədir. Altıağac – Ağsu- Mazdok Magistral qaz kəmərinin 32-ci kilometrliyində Hacılı kəndinin ərazisində layihə əsasında yeni açıq qazpaylama stansiyası inşa edilib ki, paralel olaraq bu stansiyadan da Əhmədli, Hacılı, Qızmeydan, Pirbəhli, Xaxol, Talışnuru, Ərçiman eləcə də Qobustan royanunun Hilmilli və Şıxlar kəndlərinin qazlaşdırılması işləri aparılır. Haxılı açıq qazpaylama stansiyasından Qızmeydan kəndinə kimi 225 mm-lik polietilen boru vasitəsilə 7500 metr uzunluğunda qaz kəməri çəkilib.
Hazırda burada tikinti işləri davam etdirilir. Qurdtəpə kəndindən Şirvan, Saqiyan və Şərədil kəndlərinə 160 mm-lik 16000 metr uzunluğunda polietilen boru vasitəsilə daşıyıcı qaz kəməri çəkilib. Kənd daxili qazlaşdırma işlərinin aparılması üçün layihə-smeta sənədləri hazırlanır. Bundan əlavə, Çuxuryurd açıq qazpaylama stansiyasından Nağaraxana kəndinə və Astrofizika Rəsədxanasına 315 mm-lik 19500 metr uzunluğunda orta təzyiqli daşıyıcı qaz kəmərinin inşası başa çatdırılıb, Nağaraxana kəndində kənddaxili qaz kəmərlərinin çəkilişi başa çatdırılıb sayğaclaşdırma işləri isə yekunlaşmaq üzrədir. Şamaxı Astrofizika Rəsədxanasının daxili qazlaşdırma işləri başa çatıb, burada Almaniya istehsalı olan G-65 markalı elektron tipli qaz sayğacı quraşdırılıb və Çuxuryurd açıq qazpaylama stansiyasından qidalan həmin xətt işə salınıb. Çuxuryurd açıq qazpaylama stansiyasından Əngəxaran, Cabanı-1, Cabanı-2, Həmyə və Nəsimi qəsəbəsində 225 mm-lik orta təzyiqli daşıyıcı qaz kəmərinin inşasına başlanıb.
Bu günə kimi 4000 metr uzunluğunda yeraltı polietilen qaz kəmərləri inşa edilib. Şəhərin qaz təminatının yaxşılaşdırılması üçün Şamaxı açıq qazpaylama stansiyasından yeni dairəvi daşıyıcı qaz kəmərinin inşasına başlanılıb. Bu kəmərin inşası ilə əlaqədar indiyə kimi 225 mm-lik 7500 metr və 315 mm-lik 4940 metr uzunluğunda yeraltı polietilen qaz kəmərinin çəkiliş işləri aparılıb və həmin işlər uğurla davam etdirilir. Hazırda 2010-2013-cü illər üzrə tikinti planına əsasən rayonun qaz almayan yaşayış massivlərinin təbii qazla təminatı istiqamətində işlər aparılır. Beləliklə, təbii qazla təmin olunan abonentləri sayının 15 minə çatdırılacağı nəzərdə tutulub. Bu isə Şamaxı rayonunun yaşayış massivlərinin 95%-nin təbii qazla təmin edilməsi deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB