Astara rayonunda 2010-cu ildə 329 nəfər işlə təmin edilib. Rayon İcra Hakimiyyətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, işə düzələnlərdən ən çoxu -144 nəfəri elektrik və qaz təsərrüfatlarında işə götürülüb. Ötən il Mərkəzdə 3 nəfərə işsiz statusu verilib ki, onlara da müvafiq müavinət hesablanıb. Həmçinin, Astara Rayon İcra Hakimiyyətinin sərəncamı ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan işaxtaranlar üçün 12 müəssisədə müəyyən edilmiş 30 kvota yerinə işsiz vətəndaşlar işlə təmin edilib.
Əlavə edək ki, 2010-cu ildə Rayon Məşğulluq Mərkəzində 401 nəfər işaxtaran qeydiyyata alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB