"Bu region dövlətlərinin və Avropanın maraqlarına tam uyğundur” ÖZƏL-MÜNASİBƏT
“Türkmənistan-Azərbaycan-Gürcüstan və Rumıniya XİN rəhbərlərinin Buxarest görüşü 2017-ci ildə razılaşdırılmış və hava, su, avtomobil və dəmir yolları vasitəsilə daşımaları barədə razılaşmanın intensivləşdirilməsi məqsədini güdür”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, bu növ daşımalar beynəlxalq loqistik termin olaraq multimodal daşınma adlandırılır və kompleks şəklində xüsusi plan üzrə hazırlanaraq həyata keçirilir: “Bu görüşdə əsas məqsəd Xəzər dənizi karbohidrogen ehtiyatlarının şərqi Avropaya çatdırılması mexanizmini daha da təkmilləşdirməkdir. Nəzərdə tutulan marşrut üzrə sıxılmış qaz, neft, kənd təsərrüfatı malları xüsusi konteynerlərdən istifadə edilərək Türkmənbaşı limanından Xəzər dənizinə, sonra Bakı limanına, daha sonra dəmir yol nəqliyyatı ilə Batumiyə və ya Potiyə nəhayət Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılması daha da sürətləndiriləcək. Bu istiqamətdə yükdaşınmaları artırmaq üçün loqistik imkanların artırılması Çin daxil olmaqla Avrasiya ölkələri müvvəffəqiyyətlə bu sistemə daxil olacaqlar. Bu da öz növbəsində həm region dövlətlərinin, həm də Avropanın maraqlarına tam uyğundur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB