Politoloq: “Ermənistan və Azərbaycan tərəflərinin görüşləri müharibədən yayınmağa imkan yaradır”

Politoloq: “Ermənistan və Azərbaycan tərəflərinin görüşləri müharibədən yayınmağa imkan yaradır”
2011-ci il Qarabağ münaqişəsinin həllində əhəmiyyətli irəliləyişlər olmayacaq. SİA-nın xəbərinə görə, bu barədə Ermənistanın Respublika Partiyası Siyasi Şurasının üzvü, politoloq Suren Surenyanç bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, Ermənistan və Azərbaycan tərəflərinin görüşləri müharibədən yayınmağa imkan yaradır. S.Surenyançin sözlərinə görə, həm Ermənistanda, həm də Azərbaycanda tezliklə seçkilər keçirilməsi hər hansı bir problemin həlli üçün əlverişli deyil. Politoloq qeyd edib ki, problemin həllindəki mövcud olan vasitəçi format yaxşı deyil, onun ölkəyə cəlbində tarazlaşdırılıb.

"Ermənistanın mövqeyi və hökumətin münaqişəyə dair vasitəçilik formatı özündə birmənanı əks etdirir. ATƏT-in Minsk Qurpunun məsələyə dair missiyasının vacibliyini dəfərlərlə qeyd ediblər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə