Kaliforniya hökuməti və daha 15 Amerika ştatı ölkənin cənub sərhədində fövqəladə vəziyyətin elan edilməsinə etiraz olaraq ABŞ prezidenti Donald Trampı məhkəməyə veriblər. SİA-nın xarici mətbuata istiandən verdiyi xəbərə görə, bu barədə Kaliforniya Baş prokurorluğu açıqlayıb.
Belə ki, davaçılar, Kaliforniya ştatının şimalındakı rayon məhkəməsinə müraciət edərək, dövlət başçısının əmrinin icrasına müvəqqəti qadağa qoyulmasını tələb ediblər.
Onlara məsələyə cavabdeh kimi prezident, müdafiə naziri, maliyyə naziri və Milli Təhlükəsizlik katibinə çağırış ediblər.
16 dövlətin hökuməti Trampun Amerika Konqresinin razılığı olmadan qəbul etdiyi Meksika ilə sərhəddə divar qurmaqla bağlı xərclərinə qadağa qoymaq istəyirlər.
Fevralın 15-də İctimai Vətəndaş İstehlakçı Hüquqları Təşkilatı da eyni iddianı qaldırıb.
İnsan hüquqları müdafiəçiləri Trampun səlahiyyətindən çox olduğunu iddia edir və qərarın onun səlahiyyətlərinin ayrılması prinsipinə uyğun olmadığını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB