Dövlət başçısı İlham Əliyevin Avropa Komissiyasının prezidenti ilə təkbətək görüşü olub

Dövlət başçısı İlham Əliyevin Avropa Komissiyasının prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozo arasında təkbətək görüş olub.

SİA-nın məlumatına görə, görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin bütün spektrləri, o cümlədən energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, J. M. Barrozo Azərbaycana bu gün gəlib. Sabah o, baş nazir Artur Rəsizadə ilə görüşəcək, daha sonra Bakı Dövlət Universitetində Azərbaycan-Avropa İttifaqı münasibətləri mövzusunda mühazirə söyləyəcək. Avropa Komissiyasının prezidenti yanvarın 14-də Azərbaycandan Türkmənistana yola düşəcək.

Barrozonu müşayiət edənlər arasında Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger də var.

Bütün xəbərlər Facebook səhifəmizdə